Tbilisinin Kazbeqi prospektində baş verən yol qəzası nəticəsində 19 yaşlı Revi Demetraşvili dünyasını dəyişib. “Mtavari Arxi” və “Formula” teleşirkətlərinin məlumatına görə, patrul polisinin ekipajı sürücünün yolunu bağlayıb və o, polis maşını ilə toqquşması nəticəsində həlak olub. Faktla bağlı prokurorluq istintaqa başlayıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Oxucunun seçimi
- 1 Əliyev və həyat yoldaşı Putini şam yeməyində qonaq ediblər
- 2 Rusiyanın BMT-dəki nümayəndəsi “Gürcü Arzusu”nun avqust müharibəsi ilə bağlı bəyanatını təkrarlayıb
- 3 Kobaxidze 22 seçki dairəsi üzrə “Gürcü Arzusu”nun nümayəndə heyətinə namizədlərin adını açıqlayıb
- 4 Şahin və Terner: Düzgün yola qayıtmaq üçün ilk addımı Gürcüstan hökuməti atmalıdır
- 5 Məhkəmə MSK-nın mübahisələndirilən qərarını qüvvədə saxlayıb
- 6 Ukrayna Rusiyanın 1000 kvadrat kilometr ərazisinə nəzarət etdiyini bildirir
Yol-nəqliyyat hadisəsi səhər saatlarında baş verib. Məlumata görə, yol hərəkəti qaydalarını pozan motosiklet sürücüsü patrulun çağırışına tabe olmayıb və dayanmayıb, bundan sonra patrul onu təqib edib. “Mtavari Arxi”nin məlumatına görə, motosiklet sürücüsünün yolunu Xutsişvili küçəsindən gələn ekipaj bağlayıb.
Televiziya şirkətlərinin əldə etdiyi videogörüntülərdə polis patrul maşınının orta hissəsindən zədələndiyi görünür. Daxili İşlər Nazirliyi hadisə ilə bağlı açıqlama verməyib.
Faktla bağlı Prokurorluq Cinayət Məcəlləsinin sürücünün yol hərəkəti təhlükəsizliyi və ya istismar qaydalarını pozması insan ölümünə səbəb olmanı nəzərdə tutan 276-cı maddəsinin 6-cı hissəsi ilə istintaq aparır.
Daxili İşlər Nazirliyi Kazbeqi prospektində baş verənləri telefonla lentə alan vətəndaşı inzibati qaydada həbs edib. O, polis əməkdaşlarını şifahi təhqir etməkdə ittiham olunur.