Marneulidə 16 yaşlı qız evlənmək məqsədilə qaçırılıb

Kvemo Kartlidə, Marneuli bələdiyyəsinin kəndlərindən birində 16 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. Hadisə dünən, iyunun 7-də baş verib. Polis 1994-cü il təvəllüdlü C.H. və 1981-ci il təvəllüdlü Q.A-nı azyaşlının azadlığını qrup halında, qanunsuz şəkildə məhrum etməkdə təqsirli bilərək həbs edib. 

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, C.H. 2007-ci il təvəllüdlü S.K.-ni onunla ailə qurmaq məqsədilə qanunsuz olaraq azadlığından məhrum edib. Cinayət əməlində Q.A- da iştirak edib.

Azyaşlının evlənmək məqsədilə qaçırılması halları Gürcüstan Cinayət Məcəlləsinin qanunsuz azadlıqdan məhrumetməni nəzərdə tutan 143-cü maddəsi ilə təsnif edilir. Cinayət 7 ildən 10 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstanın Xalq Müdafiəçisinin hesabatına görə, erkən və uşaq yaşlarında nikahların zərərli təcrübəsi ölkədə mühüm problem olaraq qalır. 2022-ci ildə Daxili İşlər Nazirliyi erkən nikahla bağlı 171 faktla üzrə araşdırmalara başlayıb. İşğal olunmuş ərazilərdən olan Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, 2022-ci ildə 815 yetkinlik yaşına çatmayan hamiləlik halı qeydə alınıb, yetkinlik yaşına çatmayanların doğum sayı isə 434-ə çatıb.

İlkin mərhələdə yetkinlik yaşına çatmayan şəxslə (o cümlədən, qeydiyyata alınmamış) nikaha məcbur etmə silahla bağlı hüquqları məhdudlaşdırılmaqla və ya onsuz 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur