İşğal altındakı Abxaziyada konsert proqramı ilə çıxış edən Rusiyanın "Bi-2" (БИ-2) rok qrupu Tbilisidə çıxış edəcək. Bilet satışı artıq başlayıb. İdman Sarayında keçiriləcək konsert martın 19-na planlaşdırılıb.
Əsas xəbərlər
Oxucunun seçimi
- 1 Bu qanun nə Avropa, nə də Amerika qanunudur - Aİ səfiri rus qanunu barədə
- 2 “İvanişviliyə offşorlarda gizlədilən əmlakını ölkəyə gətirməyə icazə verilir”, - qanunda nə dəyişir
- 3 BMT Gürcüstanı rus qanunu geri götürməyə çağırır
- 4 Bidzina İvanişvilinin anti-qərb mesajları
- 5 Siz [reaksiyamızı] gözləyə bilərsiniz - Dövlət Departamenti rus qanunu haqda
- 6 Böyük Britaniya da “Gürcü Arzusu” rus qanununu tənqid edir
“YouTube”daki bir videodan aydın olur ki, 2013-cü ildə “Bi-2” üzvləri, Eqor Bortnik və Aleksandr Uman Abxaziya sakinlərini Suxumidə planlaşdırılan konsertə dəvət edirdilər.
“2013-cü il iyulun 15-də bu şəxslər Suxumidə, Nazirlər Şurasının qarşısındakı meydanda, 1993-cü il sentyabrın 27-də gürcü hərbi məhbuslarının güllələndiyi yerdə konsert veriblər. Bu qrupa nəinki Tbilisidə konsert verməyə icazə verilməməlidir, hətta onlar Gürcüstanın işğal olunmuş əraziləri ilə bağlı qanunları pozduqlarına görə həbs edilməlidirlər”, - blogger Qiorqi Caxaia deyir.
“Bi-2”nin yaydığı elana görə, qrup martın 10-da Moldovanın paytaxtı Kişinyovda, martın 17-də İrəvanda, 19 martda isə Tbilisidə çıxış edəcəyi “Hallelujah” adlı dünya turnesinə başlayır.
Konsert biletlərinin satıldığı “tkt.ge” saytı qrupu və planlaşdırılan konserti bu cür təqdim edir: “Qrup konsertlərində yeni mahnılarla yanaşı, müxtəlif dövrlərin hitlərini də səsləndirəcək - «Молитва», «Скользкие улицы», «Моя любовь», «Варвара», «Мой рок-н-ролл», «Серебро», «Полковнику никто не пишет» və başqa mahnıları. Kədər hissi və anlaşılmazlıq qorxusu ilə yanaşı, musiqiçilərin öz ideallarına sadiq qalmaq istəyini də hiss etməmək mümkün deyil - sevgi ləyaqət, azadlıq. Nə qalır fəlakətin astanasında olan fırtınalı dünyadan”.
Gürcüstanın 2008-ci ilin avqust müharibəsindən sonra qəbul etdiyi “İşğal olunmuş ərazilər haqqında” qanununa əsasən xarici vətəndaşlara Gürcüstanın işğal olunmuş ərazilərinə - Abxaziya və Sxinvali vilayətinə yalnız Zuqdidi və Qori bələdiyyələrindən daxil olmağa icazə verilir. Bu qaydanın pozulmasına görə cərimə və ya 2 ildən 4 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.