“Tanrıya, valideynə, ölkəyə, heç nəyə inanmayan vətənsiz şəxslərin siyahısı hazırlanmalıdır ki, cəmiyyət bu anti-Gürcüstan, dövlət əleyhinə aksiyaların arxasında kimin dayandığını və təşkilatçısının kim olduğunu bilsin”, - deyə hakim “Gürcü Arzusu” partiyasının deputatı İrakli Zarkua məlumat bazasının yaradılması ilə bağlı bildirib. 

““Mona.ge”nin bolşevik yanaşmasına gəlincə, kimin fərqli fikri varsa, onu “mona.ge”də afişa edirlər, biz bunu etmirik. Hər kəsin fərqli fikri olmalıdır. Biz deyirik ki, cəmiyyəti bulinq edən, təhqir edən, kilsəyə hücum edən, camaatın önünə çıxıb höküməti devirməyə çağıranların ad-soyadları müəyyən edilməlidir. Ona görə də bunu bolşevik rus pulu ilə maliyyələşən “Çılpaqlar”ın və Xoştariyanın layihəsi ilə qarışdırmayın”, - deyə Zarkua bildirib.

Bu gün parlament sədri Şalva Papuaşvili bildirib ki, onlar partiya strukturları vasitəsilə “zorakılıqda, digər qanunsuz hərəkətlərdə, təhdid və şantajda iştirak edən və ya bunu ictimai şəkildə bəyənən bütün insanlar haqqında məlumatın toplanacağı məlumat bazası yaradacaqlar”.

Qanun pozuntuları, zorakılıq və təhdid hallarının dövlət və ya cəmiyyət tərəfindən cavabsız qalmaması üçün bütün tədbirlər görüləcək”. Nə vaxt ki, cəmiyyət buna reaksiya verəcək, bu məsələlərə mənəvi qiymət veriləcək, bu insanlar belə hərəkətlərdən, bəyanatlardan çəkinəcəklər”, - Papuaşvili bildirib.

“Avtoritarizm belə görünür. “Gürcü Arzusu”na və onun vasitəsilə gürcü xalqının ümid və istəklərini məhv etməyə töhfə verənələr utansın”, - Avropa Parlamentinin deputatı Miriam Leksman Gürcüstanın parlament sədrinin “məlumat bazası” yaratmaq haqqında çıxışına belə cavab verib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur