Milli İctimai Reyestr Agentliyi rusiyayönlü və zorakı “Alt İnfo” hərəkatının yaratdığı “Mühafizəkarlar Hərəkatı”nı ləğv edib. Qeydiyyatın ləğvi ilə bağlı qərar aprelin 8-də verilib.
Əsas xəbərlər
Oxucunun seçimi
- 1 Rus qanununu vasitəsilə fiziki şəxsləri də cərimələmək mümkün olacaq
- 2 Bidzina İvanişvilinin anti-qərb mesajları
- 3 Parlament rus qanununu üçüncü oxunuşda 84 səslə qəbul edib | Qanunu dəstəkləyənlərin siyahısı
- 4 Bu qanunu gözəlləşdirəcəyimə ümidiniz olmasın, bu qanun rus tiplidir və belə də qalacaq
- 5 Avropa Parlamenti “Gürcü Arzusu”nun rus qanunu əleyhinə qətnamə qəbul edib
- 6 Təslim olmayın, bizdən şifahi dəstəkdən daha çoxunu gözləyə bilərsiniz - Rot aksiyada bildirib
Sənəddən aydın olur ki, korrupsiyaya qarşı mübarizə bürosu “Mühafizəkar Hərəkatı”nın dövlət qeydiyyatına alınması ilə bağlı qərarın qanuniliyinin öyrənilməsi xahişi ilə aprelin 3-də dövlət qeydiyyatı orqanına müraciət edib. Partiya 7 dekabr 2021-ci ildə qeydiyyatdan keçib.
Qurum reyestrə təqdim edilən sənədin qanunun tələblərinə cavab vermədiyini müəyyən edib. O cümlədən, 2021-ci il dekabrın 6-da “Mühafizəkarlar Hərəkatı”nın təsis qurultayının sədri Konstantine Morqoşianın imzaladığı yeni nizamnamə qurultayda təsdiqlənmədən təqdim edilib.
Milli İctimai Reyestr Agentliyinin qərarı bu gün dərc edilib və dərhal qüvvəyə minib. “Alt Info” 30 gün ərzində qərarı şikayət edə bilər.
“Hökumətin tapşırığına əsasən, ictimai reyestrdən bizə rəsmi olaraq bəyan olunub ki, qeydiyyatdan keçən və illərdir mövcud olan partiyamız ləğv olunub. Bu, birbaşa cinayətdir, hətta əvvəlki hökumətin dövründə belə baş verməyən cinayətin eşidilməyən bir növüdür”, - “Mühafizəkarlar Hərəkatı”nın sədri Qiorqi Kardava bildirib.
Bir neçə gün əvvəl Mərkəzi Seçki Komissiyası “Mühafizəkarlar Hərəkatı/Alt İnfo”nu seçki subyekti kimi qeydiyyata alıb. Partiya oktyabrın 26-na təyin edilmiş parlament seçkilərində iştirak etməyi planlaşdırırdı.