Baş nazir İrakli Ğaribaşvili “İmedi” televiziyasına müsahibəsində “Xarici agentlər haqqında” Rus qanunundan danışarkən, qeyri-hökumət təşkilatlarına hücum edib və onları ixtilaf salmaqda, dağıdıcı, təxribat xarakterli və dövlət əleyhinə hərəkətlərdə əsassızca ittiham edib. 2022-2023-cü illərdə dövlət orqanlarından ictimai məlumat əldə etməyin son dərəcə çətinləşməsinə və əksər hallarda qeyri-mümkün olmasına baxmayaraq, baş nazir hələ də Gürcüstan hökumətinin şəffaflıq baxımından dünyada ən qabaqcıl hökumətlərdən biri olduğunu və qeyri-hökumət təşkilatlarının fəaliyyətinin “böyük qeyri-müəyyənlik”lə əhatə olunduğunu bildirir.

“Bu qanun layihəsinin müzakirə olunub və sonrasında qəbul edilməsinin əsas məqsəd nə idi? Mən təfərrüatlara girməyəcəyəm, qanunvericilərimiz son günlərdə çox gözəl izah etdilər və hətta məzmununu, təfərrüatlarını, bu qanunu qəbul etməkdə məqsədin nə olduğunu da, həmçinin, amma bir şeyi nəzərinizə çatdırmaq istəyirəm:

Bilirsiniz ki, son bir neçə onilliklər ərzində Gürcüstanda bir çox qeyri-hökumət təşkilatları fəaliyyət göstərir. Hər il çoxlu “NGO”lar yaradılır, onların fəaliyyəti böyük qaranlıq, böyük qeyri müəyyənliklə əhatə olunub – birbaşa deyərdim, bunu deməkdən çəkinməyəcəyəm və onların hərəkətləri, fəaliyyətləri əldə etdikləri vəsaitlə qeyri-şəffafdır. Digər tərəfdən, hər gün bu QHT-lər bizi daha çox şəffaf olmağa çağırırlar ki, bu da özlüyündə yaxşıdır və bizim hakimiyyətimiz, hökumətimiz dünyanın ən qabaqcıl hökumətlərindən biri hesab olunur və qabaqcıl demokratiyalar arasındadır, hətta büdcə şəffaflığı baxımından dünyada birinci yerdəyik.

Əsas marağımız bu idi: ölkəmizin milli təhlükəsizlik maraqlarını qorumaq və mən nə demək istəyirəm - qeyd etdim ki, qeyri-hökumət təşkilatlarının hesabına çoxlu maliyyə daxil olur, hökumətimiz müstəqilliyi yenidən əldə etdikdən bu yana yüz milyonlarla dollar vəsait əldə ediblər. Onların məqsədləri, fəaliyyətləri qeyri-şəffafdır. Bizim bu haqda çox az məlumatımız var və biz cəmiyyətimiz qarşısında minimum şəffaflıq və minimum hesabatlılıq tələb etmişik. Mən sizə bir neçə misal demək istəyirəm.

Bəzi xarici tərəfdaşlarımız, dostlarımızla söhbətim oldu, onlar məndən, siz hansı qeyri-hökumət təşkilatlarının fəaliyyətində şəffaflıq tələb edirsiniz və ya kimin fəaliyyəti sual doğurur, deyə soruşdular? Mən bir neçəsini sadalayacağam - məsələn, dağıdıcı hərəkətləri və təxribatları ilə tanınan, xarici təşkilatlar, o cümlədən xarici ölkələrin dövlət təşkilatları tərəfindən birbaşa maliyyələşdirilən “Sirtsxvilia” hərəkatı. Biz gördük ki, bu təşkilat o vaxt burada hökumətin istefasını, mənim istefamı tələb edirdi, onlar tərəfindən və ya onların şərikliyi ilə həddən artıq dağıdıcı hərəkətlər həyata keçirilib.

Yüksək təxribat xarakterli tədbirlər, eyni adlı paradlar keçirmək niyyətində olan “Tbilisi Prayd” təxribatçı hərəkatından xəbərimiz var. Bütün bunlar böyük təşvişə səbəb oldu. Bütün bunlar onların dağıdıcı fəaliyyəti ilə bağlıdır.

Məsələn, EMC [“Sosial Ədalətlilik Mərkəzi”] təşkilatını çox adam bilmir, amma mən bu təşkilatın nə qədər dağıdıcı fəaliyyətlə məşğul olduğunu çox yaxşı bilirəm. Bu adamlar bilavasitə ixtilaf salmağa xidmət edir, bir çox təxribatlarda iştirak edirlər.

“Beynəlxalq Şəffaflıq”, ISFED (Ədalətli Seçkilər) kimi bir çox təşkilatlar birbaşa saxtalaşdırılmış məlumatlar təqdim etdilər - seçki günü və ondan sonrakı dövr ərzində paralel hesablamaların nəticələri saxtalaşdırıldı və sonradan bu da etiraf edildi. Bizim vəzifəmiz onların fəaliyyətinin nəyə xidmət etdiyini bilmək və xalqımıza bildirməkdir. Bu, əsas motivasiya idi”, – Ğaribaşvili “İmedi” telekanalına müsahibəsində deyib.

Baş nazirin sözlərinə görə, parlament çoxluğunun təşəbbüsü ilə irəli sürülmüş qanun layihəsinə qarşı koordinasiyalı hərəkətlər göz qabağında idi: “Ən başından bunu, Rus qanunu adlandırdılar. Təbii ki, bütün bunlar yaxşı düşünülmüşdü. Bilirsiniz ki, biz hamımız Rusiya işğalının davam etməsi fonunda belə məsələlərə nə qədər həssas yanaşırıq və buna görə də Rus qanunlarının qəbul edildiyini dedilər. Bu, təbii ki, çoxlu suallar doğurdu. Bunlara bizim tərəfdaşlarımızdan, həmkarlarımızdan, səfirlərimizdən cəmiyyətin müəyyən hissəsini çaşdıran bir növ həvəsləndirici bəyanatlar kimi qəbul edə biləcəyimiz bəyanatlar da əlavə olundu. Burada təbii ki, çox koordinasiyalı hərəkət və fəaliyyət ortaya çıxdı”.

Baş nazir müsahibəsində bir neçə dəfə diqqəti onun sözlərinə görə, dövlət əleyhinə fəaliyyətlə məşğul olan “Franklin Klubu” assosiasiyasına yönəldib. Baş nazir klub üzvlərini anarxist adlandırıb və qeyd edib ki, Parlament qarşısında keçirilən aksiyalardə gənclər “Satanist formaları” geyiniblər.

“Heç kimdə belə bir illüziya yaranmasın ki, [mitinqlər zamanı] səhnədə dayanan bu gənclər... və biz tək-tək kimin kim olduğunu bilirik.

Onların hamısı “Milli Hərəkat”la əlaqəli idilər, tamamilə hamısı, ya da onların peyk təşkilatları olan, “Avropa Gürcüstanı”, “Qirçi”, Vaşadzenin partiyası və digərləri ilə bağlı idilər. Həmçinin maraqlı məqamlardan biri də odur ki, onların iştirakı artıq vurğulanıb.

Eyni adlı zəhərləyici “Franklin Klubu” gənclərini, sizə birbaşa demək istəyirəm və bu haqda... Mən hadisələrin qabağına keçmək və ya digər tərəfdən istintaqa mane olmaq istəmirəm, amma bu, birbaşa anti-dövlət və və dağıdıcı fəaliyyətdir. Bu, eyni adlı “Franklin klubunda” bir çox gənclərin, o cümlədən şagirdlərin beyni yuyulur.

“Franklin Klubu”nda nələr baş verir və sözügedən klub haradadır: Bu klub Saakaşvilinin anası Giuli Alasanianın universitetində yaradılıb. Bu universitetdə bir növ anklav yaranıb, həddən artıq çox əcnəbi bu qrupun ətrafında nəzərə çarpır, gənclərin zəhərləməsi, beyinlərinin yuyulması gedir.

Təsdiqlənmiş məlumatları xalqımızla bölüşmək istəyirəm – xüsusən də “Franklin Klubu”nun bu gəncləri və Zurab Caparidzenin “Qırçı” hərəkatının təlim keçmiş, dağıdıcı üzvləri özlərini ən təxribatçı və dikbaş aparıblar. Onlara bilavasitə xüsusi təyinatlılarla, polislə birbaşa qarşıdurmaya girmək, onları təxribata çəkmək tapşırılıb. “Dinc aksiya”da molotov kokteyli haradan çıxdı?

Burada kim, necə cürət edib bu gəncləri sipər kimi istifadə edib, onları ön xəttə buraxırlar, “Molotov kokteyli” atırlar. Görüntüləri gördünüz - 60-a yaxın polis yaralanıb, bir neçə polisi az qala diri-diri yandırıblar. Bunu kimə bağışlayırıq? Bu insanların hamısı ciddi şəkildə cəzalandırılacaq.

Zorakılığa kim başladı? “Milli Hərəkat”ın gənclər qanadı zorakılığa başlayıb və hamımız onların adlarını bilirik, eyni adlı “Qirçi”, Caparidze təxribatçı hərəkatı və “Franklin Klubu”nun anarxistləri. Bir neçə fotoşəkil gördüm və heyrətləndim, bəzi insanlar, gənclər bir növ satanist forması geyinmişdilər. Burada baş verənlər təşviş doğurucudur”, - Ğaribaşvili bildirib.

“Gürcü arzusu” martın 7-də 78 deputatın dəstəyi ilə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci dinləmədə qəbul edib. Daxili İşlər Nazirliyinin gözyaşardıcı qaz, su və bibər qazı ilə dağıtdığı minlərlə insanın iştirak etdiyi etirazlardan sonra hakim “Gürcü arzusu” partiyası Rus qanunlarını rədd etmək məcburiyyətində qalıb və martın 10-da keçirilən ikinci dinləmədə onu ləğv edib.

 

Bu mövzu haqqında:

Lavrovun sözlərinə görə, agentlər haqqında qanun Gürcüstan hökumətinin dəyişdirilməsi üçün bəhanə olub

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur