Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç Gürcüstan hakimiyyətin “xarici agentlər” haqqında rus qanunu ilə bağlı Venesiya Komissiyasının tövsiyələrini yerinə yetirməyə çağırır.

“Mən Gürcüstan rəsmilərini “xarici təsirin şəffaflığı” haqqında qanunun Avropa standartlarına uyğunlaşdırılması ilə bağlı Avropa Şurasının Venesiya Komissiyasının tövsiyələrimizə əməl etməyə çağırıram. Avropa Şurası kömək etməyə hazırdır”, – Peyçinoviç-Buriç “X”d’ yazır.

İndiyədək “Gürcü Arzusu” Avropa Şurası baş katibinin Venesiya Komissiyasının rəyinə baxıldıqdan sonra rus qanununun üçüncü, yekun oxunuşda qəbul edilməsi ilə bağlı narahatlığını və çağırışını nəzərə almayıb.

Venesiya Komissiyası rus qanunu ilə bağlı təcili rəy hazırlayıb və mayın 21-də dərc edib. 24 səhifəlik sənəd Gürcüstan hakimiyyətinə qanunun hazırkı formada ləğv edilməsi ilə bağlı qəti tövsiyə ilə yekunlaşır, çünki onun əsas qüsurları birləşmək hüququ və ifadə azadlığı, şəxsi həyatın toxunulmazlığı, ictimai fəaliyyətlərdə iştirak etmək və ayrı-seçkiliyin qadağan edilməsi hüquqları baxımından əhəmiyyətli mənfi nəticələrə gətirib çıxaracaq.

“Gürcü arzusu” Venesiya Komissiyasının tövsiyəsini nəzərə almaq fikrində deyil. Deputat Salome Kurasbediani tərəfindən brifinqdə oxunan hakim partiyanın mövqeyinə görə, rəy qərəzlidir.

“Venesiya Komissiyasının rəyi siyasi mesajlarla doludur, hüquqi və peşəkar əsaslandırmadan məhrumdur və bir sıra faktiki olaraq yanlış məlumatlar ehtiva edir”, - Kurasbediani bildirib.

Üstəlik, “Gürcü Arzusu” hesab edir ki, Venesiya Komissiyasının rəyi “yazdırılıb” və bu “platforma peşəkar əsaslandırma əvəzinə, qərəzli siyasi qiymətləndirmələr vermək üçün istifadə olunub”.

Gürcüstan parlamenti “xarici agentlər haqqında” rus qanunu mayın 14-də keçirilən plenar iclasda üçüncü, yekun oxunuşda qəbul edilib. 84 deputat onu dəstəkləyib, 30 deputat isə əleyhinə çıxıb. “Gürcü Arzusu” gələn həftə prezidentin vetosunu aşmağı planlaşdırır. 

Faktiki olaraq Gürcüstanın elə bir tərəfdaş ölkəsi və beynəlxalq təşkilat yoxdur ki, “Gürcü Arzusu”nu rus qanunu geri götürməyə çağırmasın.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur