“Tbilisidə davamlı olaraq 10 minə qədər insanın iştirak etdiyi etiraz aksiyaları keçirilir. Aksiyalarda davamlı olaraq iştirak edən gənclərin böyük bir hissəsi tamamilə qeyri-səmimi gənclər “naçionallar”dır”, - Gürcüstanın baş naziri İrakli Kobaxidze açıq məktubda yazır və onun sözlərinə görə, bununla o “səmimi gənclərə” müraciət edir. Baş nazir “xarici agentlər” haqqında rus qanunu əleyhinə aprelin 15-dən Tbilisidə aksiyalar keçirən gənclik hərəkatlarını zorakı təşkilatlar adlandırır.

“Bunlar onlarla zorakı gənci birləşdirən “Milli Hərəkat”, Qvaramiya-Melia, Qaxariya və Xazaradzenin gənclər təşkilatlarıdır. Xazaradze həm də lideri Gen-Z-dən xeyli yaşlı olan “Gen-Z” hərəkatını maliyyələşdirir”, - Hökumət başçısı qeyd edir ki, “aksiyalarda Kezeraşvilinin və qara və qeyri-şəffaf pullarla xarici donorların maliyyələşdirdiyi zorakı gənclik təşkilatları fəaldırlar”.

“Sirçxvilia”, “Franklin Klubu”, “Gələcəyin Akademiyası”, “Avropa gələcəyi üçün Tələbələr”, “Azadlıq Hərəkatı”, “Jiuti”, “Dalğa”, “Addım”, “Tsertili”, “Dafioni”, bunlar 200-ə yaxın mütəmadi olaraq toplaşan fəalı və birbaşa partiya aktivləri ilə birlikdə zorakı gənclərin özəyini təşkil edirlər”, - deyə baş nazir bildirib.

İrakli Kobaxidze onu da qeyd edir ki, aksiyalarda bu qeyri-səmimi gənclərlə yanaşı, səmimi gənclər də iştirak edir, onlar aksiyada dayanaraq xeyirxah və vacib iş gördüklərinə inanırlar.

Baş nazir qanunun rus olduğuna inansa da, qanun layihəsini oxumayan, tanıdığı səmimi gənclərdən birinin “Facebook” yazılarından danışır.

“Bu səmimi gəncimiz bu gün də aksiyadadır. O, gürcü qanununu oxumayıb, hətta rus qanununu da oxumayıb, lakin gürcü qanununun rus qanunu olduğuna inanır. O, tez-tez İliya Universitetinin dosenti və “engeoşniklər”in videolarını paylaşır, orada bu adamlar min yalan danışır. Və bütün bunları heç yoxlamır, çünki onun üçün həm İliya Universitetinin dosenti, həm də “engeoşnik” Tanrı həqiqətidir, onun sözünün heç yoxlanılmasına ehtiyac yoxdur. Bütün bunların fonunda bir sual gündəmdədir: hakimiyyət kimin arxasınca getməlidir - bu orta intellektə malik bu səmimi gənc və onun həmfikirlərinin, yoxsa son 3 il ərzində baş verənləri düzgün təhlil edən, süni şəkildə qurulan  heç bir təxribata uymayan və dövlətin sabitliyini qoruyub saxlamağa kömək edən gənc, orta yaşlı, yaşlı həmvətənlərimizin?” – baş nazir bildirib.

Hökumət başçısı bir ay əvvəl keçirdiyi sorğudan danışır, onun çərçivəsində  “Gürcü Arzusu” tərəfdarlarını intelektlərinə görə sayıb və onları kateqoriyalara ayırıb.

“Özünə güvənən, biliyi və ağlı olmayan adam rus tankından da pisdir. 29 yaşlı Qiqla Berbicaşvili 70 yaşlı İliya Çavçavadzeni güllələyəndə özünün mütərəqqi səmimi gənc, İlya Çavçavadzenin isə geridə qalmış, vicdansız qoca olduğuna dərindən inanırdı. Bu inanc Berbiçaşviliyə və onunla həmfikir gənclərə bolşevik ideologiyası tərəfindən aşılanmışdı. Psevdo liberal ideologiya da analoji üsullarla işləyir ki, bu da birbaşa və ya dolayı yolla kollektiv “milli hərəkat”ın ardınca gedən gəncləri bu ölkədə səmimiyyət və mütərəqqilik nümunəsi olduqlarına inandırıb”, - baş nazir yazıb.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur