İşğal olunmuş Abxaziyanın de-fakto prezidenti Aslan Bjaniya Moskvada əməliyyat olunub. Bu barədə məlumatı qondarma prezidentin mətbuat xidməti yayıb.
Əsas xəbərlər
Oxucunun seçimi
- 1 Rus qanununu vasitəsilə fiziki şəxsləri də cərimələmək mümkün olacaq
- 2 Bidzina İvanişvilinin anti-qərb mesajları
- 3 Parlament rus qanununu üçüncü oxunuşda 84 səslə qəbul edib | Qanunu dəstəkləyənlərin siyahısı
- 4 Bu qanunu gözəlləşdirəcəyimə ümidiniz olmasın, bu qanun rus tiplidir və belə də qalacaq
- 5 Avropa Parlamenti “Gürcü Arzusu”nun rus qanunu əleyhinə qətnamə qəbul edib
- 6 Qanun dəyişdirilməsə, məsul şəxslərə və onların ailələrinə qarşı məhdudiyyətlər tətbiq olunacaq - O’Brayen
“Hərtərəfli diaqnozdan sonra əməliyyat baş tutdu. Prosedur uğurla keçib, prezidentin həyatı və sağlamlığı üçün təhlükə yoxdur. Reabilitasiya müddəti bir neçə gün davam edəcək, bundan sonra Aslan Bjaniya Rusiya Federasiyasına işgüzar səfərini davam etdirəcək”, - mətbuat xidmətinin bəyanatında bildirilir.
Bir neçə gün əvvəl Moskvada “işgüzar səfərdə” olan 60 yaşlı Aslan Bjaniyanın xəstəxanalardan birinə aparıldığı xəbəri yayılmışdı. Həmin vaxt mətbuat xidməti ilkin məlumatlara görə, de-fakto prezidentin urolitaz xəstəliyinin kəskinləşməsi olduğunu açıqlamışdı.
Son illərdə Bjaniyanın mümkün zəhərlənməsi ilə bağlı bir neçə dəfə məlumat yayılıb. 2019-cu ildə Abxaziyalı Aslan Bjaniya qondarma prezidentliyə namizəd ikən, Moskvada xəstəxanalardan birinə düşmüşdü. Ətrafındakılar onu seçkiqabağı marafondan çəkindirmək üçün zəhərlədiklərini iddia etmişdilər. Bir neçə aydan sonra Bjaniya yenidən tibb müəssisəsinə yerləşdirilib. 2020-ci il, martın 2-də o, dərhal Soçidəki xəstəxanaya köçürülüb, sonra isə süni koma vəziyyətində helikopterlə Krasnodara aparılıb. Bu məsələdə də onun zəhərləndiyi barədə məlumat yayılıb.