“Bu, tamamilə qəbuledilməz, yersiz və vaxtsızdır. Bizə nə vizaların ləğvi və nə də uçuşların bərpası lazımdır. Rusiya bütün dünya üçün təcavüzkar olduğu üçün və ərazilərimizin işğalçısı olduğu üçün belə bir jest vaxtsız və qəbuledilməzdir”, - Gürcüstan prezidenti Salome Zurabişvili Rusiya prezidenti Vladimir Putinin Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv etmək və birbaşa uçuşların bərpası qərarına bu cür rəy bildirib.

Salome Zurabişvilinin qeyd etdiyi kimi, bu, Rusiyanın Gürcüstan hökumətini böyük çətinlik qarşısında qoyan növbəti təxribatıdır.

“Bu gün biz hamımız Rusiyanın növbəti təxribatçı bəyanatını eşitdik, bu təxribatın məqsədi nədir – bir tərəfdən onların uğursuzluğunu, Baxmutdaki məğlubiyyətlərini ört-basdır etmək, amma baş verənlər və öz güclərini əks etdirə bilməmələri və mümkündür ki, dünən Avropa Birliyi tərəfindən elan olunan 11-ci sanksiya paketi ilə əlaqədardır.

Bir çox şey ola bilər, amma bizim üçün ən önəmli olan, cəmiyyətdə problemlər yaratmaq üçün birbaşa təxribatdır və hökumətimizi böyük çətinlik qarşısında qoyur. Bu, şübhəsiz ki, partiyalar arasında bir növ gərginlik yaradacaq, hərçənd əminəm ki, bu, cəmiyyətdə gərginlik yaratmayacaq, Rusiya bu addımları atarkən öz maraqlarına görə atdığını yaxşı anlayan cəmiyyətin reaksiyasına səbəb olacaq.

Çox təəssüf ki, hökümətimiz keçmiş tariximizi, mövcud olan nümunələri hələ də anlamayıb və düşünməyib, ki Rusiya hökumətin güzəştinə heç vaxt güzəştlə cavab vermir və verdiyi cavab vəziyyəti daha daçətinləşdirir. Bu onun daimi davranış metodudur və hökumət bu haqda düşünməlidir”, - deyə Zurabişvili bildirib.

Prezident hökuməti öz mövqeyini aydın çəkildə bildirməyə çağırıb. Salome Zurabişvilinin sözlərinə görə, Milli Təhlükəsizlik Şurasının toplanması və Rusiya ilə 3 aylıq vizaların təsis olunması məsələsini müzakirə etməsinin vaxtıdır.

“Ölkəyə daxil olan, ölkədə qalan ruslara dövlət tərəfindən daha çox nəzarət lazımdır və bəzi tədbirlər görmək lazımdır ki, bütün bunlar normal, sivil çərçivəyə otursun. Biz çox tolerant ölkəyik, hamını qəbul edirik, bu, artıq son bir ildə özünü göstərib, lakin bəzi şeylər var ki, ölkədə olmamalıdır. Rusdilli uşaq bağçaları açılmamalıdır. Ayrı-ayrı peşələrə müəyyən tədbirlər tətbiq edilməməlidir, çünki bu və ya digər peşə ilə məşğul olan şəxslərə qarşı tələblər var, bu, hətta taksi sürücüləri, bələdçilər və bir çox başqa peşələr üçün də lisenziyalaşdırma deməkdir. Bu, cəmiyyətimizin müdafiəsidir və bugünkü təxribata düzgün cavabdır.

Bu gün Rusiyanın, guya hansısa güzəşt kimi təqdim etdiyi hədiyyələrinə ehtiyacımız yoxdur. Biz bugünkü vəziyyətdə avropalı dostlarımızla eyni tərəfdəyik və Gürcüstanın ləyaqətini qorumaq üçün hamıdan fərqli olaraq Rusiya ilə yeni münasibətə başlamayaq ki, bu da bizim üçün hər şeyi, hətta ölkəmizi sanksiyalardan yayınma ilə bağlı səslənən ittihamlardan müdafiə etməmizi çətinləşdirməsin. Bu gün Gürcüstandan elə bir təhlükə yoxdur, amma elə bir vəziyyət yaratmamalıyıq ki, bu ittihamlar güclənsin və özümüzü müdafiə edə bilməyək.

Mən hakimiyyətə səslənirəm  ki, “Xaqın Gücü”nə deyil də, xalqın səsinə qulaq assınlar. Əminəm ki, cəmiyyət bu məsələdə həmrəydir, təkcə ona görə yox ki, bu, namizəd statusunun əldə olunmasına problem yarada biləcək başqa bir şeydir, bu, həm də Gürcüstanın maraqlarına və ləyaqətinə ziddir. Biz bilməliyik ki, işğal altında olan və ukraynalı dostlarımızla həmrəy olan bu ölkə harada durur. Bu, bizim mövqeyimizdir və sona qədər buna sadiq olmalıyıq. Bu, cəmiyyətin tələbidir və əminəm ki, bu, başqa cür baş verərsə, cəmiyyətin də buna cavabı olacaq”, - Salome Zurabişvili bildirib.

Bu gün, mayın 10-da Vladimir Putin iki sərəncam verib. Birincisi, mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvini, ikincisi isə Rusiya ilə Gürcüstan arasında birbaşa hava əlaqəsinin bərpasını nəzərdə tutur. Bu gündən etibarən Rusiya Xarici İşlər Nazirliyi öz vətəndaşlarına Gürcüstana səfərdən çəkinmək tövsiyəsini ləğv edib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur