Saxlanılan hərbi bloqer Uça Abaşidzenin anası Lia Todua bildirir ki, evdən götürülən və videosu Daxili İşlər Nazirliyi tərəfindən yayılan silahlar daha əsasən oyuncaq silah və güllələrdir. Onun sözlərinə görə, videoda cəmi iki həqiqi silah var və hər ikisi rəsmi olaraq oğlunun adınadır.

Uça Abaşidzenin anası yazıb: “DİN-in bizə göstərdiyi evdə tapılan silahlar əsasən oyuncaq silahlar və plastik oyuncaq güllələrdir, çünki Uça bütün həyatı boyu straykbol oynayırdı”.

Straykbol oyunçuların xüsusi silahlardan istifadə etdiyi bir idman və ya hobbidir. Oyunlar müxtəlif ssenarilər üzrə təşkil olunur, əsasən aşağıdakı oyunlar yayğındır: iki bayraq, binaya hücum, tarixi döyüş, pusqu, qəfil hücum və s.

Daxili İşlər Nazirliyinin yaydığı videoya böhran kommunikasiyası üzrə mütəxəssis Davit Dzidzişvili də münasibət bildirir. Daxili İşlər Nazirliyinin videosunda polisin Uça Abaşidzenin evindən götürdüyü oyuncaqları və onların hissələrini döşəməyə səpərək polisin hərbi bloqerin mənzilindən külli miqdarda silah-sursatın götürüldüyü təəssüratı yaratdığını görə bilərsiniz.

“Bu, “airsoft” silahıdır. Görüntülərdə həmin şəxsin qanuni, öz adına olan ov tüfəngi və “airsoft” silahları əks olunub. Bununla cəmiyyətin fikrini qarışdırmaq istəyirlər. Həmin avtomat plastik güllələr atır. Uça bu oyunun assosiasiyasının rəhbəri və Gürcüstanda bu əyləncənin yaradıcılarından biridir. Mən də “airsoft” oynayırdım. Evdə oyuncaq avtomatım var idi. Artıq yoxdur, yoxsa məni də kimsə tuta bilərdi.

Bu oyunu oynadğını hər kəsin bildiyi adamın oyuncaq silahlarını götürüb, cəmiyyətə qanunsuz silah kimi sırıyırlar. Yalan deyirlər!”, – Davit Dzidzişvili deyir.

“Xarici agentlər” haqqında rus qanununun əleyhdarı olan hərbi bloqer Uça Abaşidze mənzilində bir neçə saat axtarış aparıldıqdan sonra mayın 9-da polis tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyinin nümayəndələri Abaşidzenin evində axtarış aparıb və digər istintaq hərəkətlərini elə aparıblar ki, vəkilləri mənzilə buraxmayıblar.

Daxili İşlər Nazirliyi müxtəlif dövlət qurumlarının, o cümlədən Daxili İşlər, Ədliyyə və və parlamentin internet saytlarına edilən kiberhücum faktları bağlı istintaq çərçivəsində Uça Abaşidzenin evində əməliyyat-istintaq tədbirləri həyata keçirdiyi və hüquq-mühafizə orqanlarının əməkdaşlarının axtarış nəticəsində oradan qanunsuz odlu silah və sursat götürməsi barədə bəyanat yayıb. Uça Abaşidze Cinayət Məcəlləsinin 236-cı maddəsində nəzərdə tutulmuş, qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etmə və saxlama cinayətinə görə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur