Deputat Şalva Şavqulidze parlamentdə çıxışı zamanı “Gürcü Arzusu”nun yenidən irəli sürdüyü rus qanununun qəbulunun niyə yol verilməz olduğunun bir neçə səbəbini sadalayıb.

“Qanunda deyilir ki, əgər qeyri-hökumət təşkilatı və ya medianın illik gəlirinin 20%-dən çoxu xaricdən maliyyələşirsə, o, xarici dövlətin maraqlarını daşımaq üçün xüsusi reyestrdə qeydiyyatdan keçməlidir. “Xarici gücün maraqlarını daşımaq” pis ifadədir, casusluğa, öz ölkəsində xarici dövlətin maraqlarına xidmət etməyə dəlalət edir. Artıq 150-dən çox qeyri-hökumət təşkilatı belə adlandırılmayacaqları ilə bağlı bəyanat verib. 

Əksəriyyətə, qanun müəlliflərinə təklif etdik ki, ölkənizdə xarici dövlətin maraqlarının daşıyıcısı kimi elan etmək istədiyiniz yeganə meyar maliyyələşdirmədirsə, bu reyestri xaricdən maliyyə alan təşkilatların reyestri adlandırın. Buna da imtina cavabı aldıq.

Bundan sonra qanun nəyi nəzərdə tutur - hansısa QHT və ya media orqanı bundan imtina edərsə, hansısa xarici gücün maraqlarına xidmət etməkdə ittiham olunmursa, Ədliyyə Nazirliyi monitorinq aparacaq, yenə də qeydiyyatdan keçəcək, yəni hələ də bu damğanı, bu klişeni yapışdıracaq və həmçinin 25.000 lari məbləğində cərimələnəcək. 10 günlük möhlət verəcək, bu qurum özünü tanıyıb bəyan etməsə ki, “bəli, mən doğrudan da xarici casusam” onu ayda bir dəfə 20-20 min cərimə edəcək, bu aralıqda 10-10 min cərimələr də olacaq. Təşkilat xarici dövlətin agentliyini təkzib edirsə, qanun sanksiyaları nəzərdə tutur. Bu sanksiyalarla təşkilatlar iflic vəziyyətinə düşəcək və yox olacaq.

Belə bir qanunun hansı nəticələri ola bilər? Birincisi, bu, sovet repressiyalarına çox bənzəyən qeyri-hökumət təşkilatlarının və medianın damğalanmasıdır - insanları heç bir səbəb olmadan xalq düşməni elan etməkdir. Bu, öz ruhu ilə çox oxşardır və buna görə də rus qanunudur. Bu arqumentlərdən biridir.

Bunun başqa nə nəticəsi olacaq - Qərb bizə deyir ki, belə bir qanunla bizim Avropa İttifaqında və “NATO”da yerimiz olmayacaq. Çoxluq buna da əhəmiyyət vermir. Bu qanun Qərbi, bizim tərəfdaşlarımızı, eləcə də beynəlxalq təşkilatları xarici dövlət və burada guya casus şəbəkəsi olan və öz maraqlarını güdən xarici güc elan edir. Əgər biz 30 il ölkə olmuşuqsa, dövlət müstəqilliyini, ümumən dövlətçiliyi qoruyub saxlamışıqsa, bu, onların köməyi ilədir. Rus ordusunun Tbilisiyə doğru irəliləməsinə kim mane oldu? Həmin beynəlxalq təşkilatlar, Qərb sivilizasiyasının tərəfdaş ölkələri.

Bu qanun bizi tək qoyacaq. Sivil dünyadan uzaqlaşma olacaq və biz özümüzü düşmən Rusiyanın qarşısında tək görəcəyik”, - Şalva Şavqulidze bildirib.

Onun sözlərinə görə, rus qanununun keçid müddəasına daxil edilməsi ona əks qüvvə verir ki, bu da Gürcüstan Konstitusiyasına ziddir.

“Xarici maliyyələşdirməyə görə məsuliyyət 2023-cü ildə həyata keçirilən tədbirlərə də şamil edilir. Konstitusiya bizə deyir ki, törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kim məsuliyyət daşımır. Bu qanuna əks qüvvə vermək olmaz. Bu, çox pis qanundur, çox zərərlidir, lakin konstitusiyaya zidd olmasın deyə, keçən ilki deyil, bu qanun qüvvəyə mindikdən sonra baş verəcək maliyyələşdirməyə tətbiq edilməlidir”, - deyə Şavqulidze bildirib.

Parlament dünən rus qanununun ikinci oxunuşunu nəzərdən keçirib və çonu dəstəkləyib. Maddələrin müzakirəsi zamanı parlamentin sədri Şalva Papuaşvili müxalifətdən olan deputatlara sual verməyə və çıxışlar etməyə imkan verməyib, onların mikrofonlarını söndürüb. Papuaşvili Tinatin Bokuçava, Tamar Çarkviani, Salome Samadaşvili və Qiorqi Botkovelini iclas zalından qovub.

3 aprel 2024-cü ildə “Gürcü Arzusu” bir il əvvəl on minlərlə insanın iştirak etdiyi etiraz aksiyaları nəticəsində geri götürdüyü və bir daha qəbul etməyəcəyinə söz verdiyi “xarici agentlər” haqqında rus qanunu təkrardan irəli sürüb.

Rus qanunu beynəlxalq fondların qrantları hesabına dəstəklənən və hökumət və ya əlaqəli qruplar tərəfindən idarə oluna bilməyən müstəqil media və qeyri-hökumət təşkilatlarının xarici agent kimi qeydiyyatdan keçməsini tələb edir. 150-dən çox qeyri-hökumət təşkilatı və media qurumu heç bir halda “ləyaqət alçaldan reyestrdə” qeydiyyatdan keçməyəcəklərini bəyan ediblər. Aprelin 17-də 83 deputat rus qanununu birinci oxunuşda dəstəkləyib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur