Rustavidə "İstanbul bazarı"nda 4 nəfər öldürülüb

Rustavidə silahlı şəxs "İstanbul bazarı"nın ərazisinə daxil olaraq oradakı işçilərə atəş açıb. Dörd nəfər öldürülüb, bir nəfər yaralanıb. Polis 36 yaşlı Q. O.-nu hadisə yerindəcə yaxalayıb.

“112-yə Rustavi şəhərinin İstanbul bazarı adlanan ərazisində atışma olması barədə məlumat daxil olub. Xəbərdarlığı alan kimi Daxili İşlər Nazirliyinin müvafiq qurumlarının nümayəndələri dərhal hadisə yerinə gəliblər.

Müəyyən edilib ki, 1988-ci il təvəllüdlü Q.O. bazar ərazisində bir neçə dəfə atəş açıb. Atışma nəticəsində 4 nəfər, o cümlədən müttəhimin həmin bazarda işləyən əmilərindən biri öldürülüb”, - Daxili İşlər Nazirliyi bildirir.

Yaralı xəstəxanaya yerləşdirilib. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. Hazırda cinayətin motivi məlum deyil.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur