Avropa parlamentarisi Viola von Kramon “Gürcü Arzusu”nun rus qanununun yenidən irəli sürülməsinə bir daha münasibət bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı hökumətə və xalqa aydın şəkildə izah etməlidir ki, bu qanun qəbul olunarsa, Gürcüstan üçün Avropaya inteqrasiya yolunda növbəti mərhələ - danışıqlar açılmayacaq.

X sosial şəbəkəsində Viola von Kramon yazır ki, “Gürcü Arzusu”nun vədi Avropa demokratiyası idi, ancaq əksinə, rus qanununu bir daha təqdim etdi.

 “Gürcü Arzusu” həmişəki kimi yalan danışdı – bir il əvvəl ləğv etməli olduqları qanunu tətbiq etməyəcəklərinə söz verdilər, amma hər halda bunu etdilər. Bu, son illərdə hakim partiyanın Aİ əleyhinə olan və Rusiyayönlü siyasətinin davamıdır. Qanun layihəsi Gürcüstanın Avropa Birliyinə gedən yolunu sabotaj etmək və Moskvadakı oliqarxların liderlərini sevindirmək məqsədi daşıyır”, - deyir, Von Kramon.

Onun qeyd edir ki, qanun sırf demokratiya tərəfdarı olan qeyri-hökumət təşkilatlarına qarşı yönələcək, rus agentləri isə cəzasız olaraq öz fəaliyyətlərini davam etdirəcəklər.

“Qanun layihəsinin məqsədi yalnız demokratiya tərəfdarı olan qeyri-hökumət təşkilatlarını xarici agent kimi qaralamaq, onların ictimaiyyət qarşısında etibarını sarsıtmaq və gürcü demokratiyasını və onun Avropa gələcəyini cəzasız şəkildə məhv etməyə davam etmək üçün “Gürcü Arzusu”na vasitə verməkdir. Söz yox ki, Gürcüstan üçün real təhlükə yaradan və ölkədə geniş şəkildə təmsil olunan rus agentlərinə maneəsiz olaraq gizli əməliyyatlarını davam etdirməyə icazə veriləcək”, - Avropa Parlamentinin deputatı deyir.

Viola von Kramon qorxur ki, Rusiya qanununun qəbulu Gürcüstana namizəd statusu bahasına başa gələ bilər.

Gürcüstanın Aİ-yə namizədliyi hökumətə görə yox, ona [hökumət] rəğmən verilib. Bu qərar gürcü xalqının demokratiyanı və Avropa dəyərlərini dəstəkləmək cəsarətinin bir məziyyəti idi.

“Avropa İttifaqı Gürcüstan hökumətinə və Gürcüstan xalqına aydın şəkildə başa salmalıdır ki, “rus qanunu”nu qəbul etməklə “Gürcü Arzusu” ölkənin Avropa gələcəyinə qapını bilərəkdən bağlayır, çünki bundan sonra heç bir üzvlük danışıqları olmayacaq və ya Avropa İttifaqına inteqrasiyanın hər hansı digər forması”, - Viola von Kramon qeyd edir.

“Gürcü Arzusu” 2023-cü ilin martında etirazlar və beynəlxalq təzyiqlər səbəbindən ləğv etdiyi “xarici agentlər haqqında” rus qanununu parlamentin cari sessiyasının sonuna kimi üç oxunuşunda qəbul etmək niyyətindədir. Qanun layihəsi aprelin 8-də Parlament Bürosu tərəfindən qeydiyyata alınıb, hüquq komitəsi isə qanunu aprelin 15-də müzakirə edəcək. Mətn eynidir – yalnız “xarici təsir agenti” “xarici gücün maraqlarını daşıyan təşkilat” ifadəsi ilə əvəz edilib. Prezident Salome Zurabişvili rus qanunu qəbul edilərsə, ona veto qoyacaq, lakin, “Gürcü Arzusu” vetonu aşmaq üçün parlamentdə kifayət qədər səsə malikdir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur