Prezidenti “seçkiləri qorumaq üçün” veto hüququndan istifadə etməyə çağırırlar

“İnterpresnyus” agentliyinin fotosu

“Gürcüstan Naminə” partiyasından olan parlament deputatları prezident Salome Zurabişvilini “Gürcü Arzusu”na Mərkəzi Seçki Komissiyasının sədrini və eyni adlı peşəkar üzvlərini tək partiyalı şəkildə seçməyə imkan verən qanun layihəsinə veto qoymağa çağırıblar. Bundan əlavə, müxalifət deputatları ölkənin strateji tərəfdaşlarına müraciət edərək, qanunun qəbuluna qarşı və azad seçkilərin keçirilməsi üçün səylərini gücləndirməyə çağırırlar.

Deputat Beka Liluaşvilinin bugünkü brifinqdə dediyinə əsasən, planlaşdırılan qanunvericilik dəyişiklikləri hökumətin 2024-cü il parlament seçkilərini saxtalaşdırmağa hazırlaşdığını açıq şəkildə göstərir.

“Bu o deməkdir ki, “Gürcü Arzusu”nun saxtalaşdırmadan başqa resursu yoxdur. Qeyri-formal hakimiyət və təsirlərini saxlamaq üçün vətəndaşların seçim haqlarını əllərindən almaq və Avropa gələcəyini qərarındadırlar.

“Gürcü Arzusu” tərəfindən tam nəzarət altında olan, sanksiyalaşdırılmış məhkəmə sistemi və MSK, tərəfdaşlarımıza gündəlik hücumlar və monitorinq təşkilatlarının nüfuzdan salma kampaniyası seçkilərin qorunmasına kritik ehtiyac yaradır.

Hakimiyyəti itirmək qorxusunun dövlət institutlarının ləğvi üçün motiv olması yolverilməzdir. Seçkilərin taleyinin İvanişvilinin hansısa iqamətgahında həll edilməsi yolverilməzdir.

Ona görə də biz Gürcüstan prezidentinə müraciət edirik ki, seçkiləri qorumaq üçün veto hüququndan istifadə etsin. Həmçinin strateji tərəfdaşlara və yerli təşkilatlara da müraciət edirik ki, qanunun qəbuluna qarşı və azad, ədalətli seçkilər keçirilməsi üçün səylərini gücləndirsinlər. Biz siyasi partiyaları və medianı bütün səylərini seçkilərin qorunmasına yönəltməyə çağırırıq”, - “Gürcüstan Naminə” partiyasının üzvü bildirib.

“Gürcü Arzusu”nun təşəbbüsü ilə irəli sürülmüş qanun layihəsi vasitəsilə, prezidentin Mərkəzi Seçki Komissiyasının sədrliyinə və üzvlüyünə namizədləri seçmək və onları parlamentə təqdim etmək səlahiyyəti məhdudlaşdırılır. Qanun layihəsinə əsasən:

  • MSK sədri və üzvlərinin seçilməsi müsabiqəsi elanını və müsabiqə komissiyasının yaradılması parlament sədri (prezidentin əvəzinə) tərəfindən həyata keçiriləcək. Bundan əlavə, müsabiqə komissiyasında prezidentin nümayəndəsinin iştirakı nəzərdə tutulur;
  • MSK-nın sədrliyinə və üzvlüyünə namizədləri qanunverici orqana parlamentin sədri təqdim edəcək. Namizədlərin irəli sürülməsi prosesində prezidentin iştirakı nəzərdə tutulur. Xüsusilə, Parlament ilk dəfədə bütün vakant yerləri doldura bilməyəzsə, prezident müsabiqənin digər namizədləri arasından qalan hər bir vakant vəzifə üçün parlamentə bir namizəd təqdim etmək hüququna malik olacaq;
  • MSK sədri və üzvləri 5 il müddətinə seçilir;
  • MSK-nın sədri və üzvlərini parlament tam tərkibin səs çoxluğu ilə, yəni 76 deputatın dəstəyi ilə seçəcək.

Seçki Məcəlləsinin hazırkı maddəsinə əsasən, MSK-nın 7 üzvü və sədri Prezidentin təqdimatı ilə parlament tərəfindən seçilir. Prezident müsabiqənin keçirilməsi və müsabiqə komissiyasının yaradılması haqqında sərəncam verir. MSK sədrinin və üzvlərinin 5 illik səlahiyyət müddətinə seçilməsi üçün parlamentin tam tərkibinin 2/3-nin, yəni 100 deputatın dəstəyi lazımdır. 2/3 səsdən az səslə seçilən MSK üzvünün səlahiyyət müddəti cəmi 6 aydır.

Dəyişikliklər qəbul olunarsa, “Gürcü Arzusu” müxalifətdən və prezidentdən asılı olmayaraq istədiyi namizədləri seçə biləcək. “Gürcü Arzusu” fraksiyasının 74 deputat üzvü var. Bundan başqa, “Xalqın Gücü”nün 9 üzvü formal olaraq fraksiyanı tərk etsə də, çoxluğun üzvü olaraq qalıb.

“Müxalifətin bu qanun layihəsinə qarşı konkret, praqmatik və əsaslı arqumenti yoxdur. Qanun layihəsinin əsas məqsədi bizə çıxılmaz vəziyyətdən - olduğumuz çıxılmaz vəziyyətdən çıxış yolu göstərməkdir, çünki faktdır ki, biz bu müddət ərzində qərar qəbul edə bilməmişik. Təbii ki, müxalifət bunda öz günahını axtarmalıdır”, - deyə parlamentin insan haqlarının müdafiəsi komitəsinin sədri Mixeil Sarjveladze bildirib.

Bu gün MSK-nın sədri vəzifəsini Qiorqi Kalandarişvili icra edir. Parlamentin 2022-ci il dekabrın 22-də keçirilən növbədənkənar iclasında MSK sədrliyinə iki namizəddən biri, prezident Salome Zurabişvilinin irəli sürdüyü Tamar Alpaidze heç bir deputat tərəfindən dəstəklənməyib və Revaz Eqadzeyə yalnız bir deputat səs verib. Seçim müsabiqəsində Qiorqi Kalandarişvili də iştirak edib, lakin prezident onun namizədliyini parlamentə təqdim etməyib və bu, əvvəlki iki halda Kalandarişvilinin parlamentin tam tərkibinin 2/3-nin dəstəyini ala bilməməsi və müvafiq olaraq 6-6 ay müddətinə bu vəzifəyə seçilməsi ilə izah edilib. Qiorqi Kalandarişvilinin namizədliyini “Gürcü Arzusu” dəstəkləyib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur