Orfolo poliqonunda, sahədə təlimdə ikən polkovnik-leytenantı ildırım vurub

Axalcixdəki Orfolo poliqonunda planlı səhra təlimi zamanı Gürcüstan Müdafiə Qüvvələrinin Qərb komandanlığının 2-ci piyada briqadasının 24-cü artilleriya batalyonunun komandiri, polkovnik-leytenent Qoderci Afrasidzeni ildırım vurub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, xəsarət alan zabitə bölmənin hərbi həkimləri tərəfindən yerindəcə ilkin tibbi yardım göstərilib və dərhal Axalcixe referal xəstəxanasına yerləşdirilib. Ona reanimasiya tədbirləri həyata keçirilib.

Nazirlikdən verilən məlumata görə, xəsarət alan şəxsin səhhətinin vəziyyəti ağır qiymətləndirilir, lakin aparılan reanimasiya müalicəsi nəticəsində hermodinamik göstəricilər stabilləşib.

Hadisə ilə bağlı Hərbi Polis İdarəsinin Samcxe-Cavaxeti regional bölməsi araşdırmalara başlayıb.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur