Parlament çoxluğunun lideri Mamuka Mdinaradze “xarici agentlər haqqında” rus qanunun qüvvəyə minəcəyi təqdirdə “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvilinin, habelə bu qanunun qəbulunda məsuliyyət daşıyan şəxslərə və onların ailə üzvlərinə qarşı sanksiya tətbiq oluna biləcəyi ehtimalına münasibət bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
- “Şəxsi sanksiyalarla bağlı çox danışılır və mən qəti şəkildə xahiş edirəm ki, belə bir mexanizm işə düşərsə, digərlərini buraxıb mənə sanksiya tətbiq etsinlər!”
- Bu xahişi fədakarlıq kimi qəbul etməyin, mən sadəcə qanunun qəbuluna görə sanksiyaya məruz qalan ilk qanunverici kimi dünya tarixinə düşmək istəyirəm!
- Əgər buna əlavə etsək ki, söhbət şəffaflıq qanunundan gedir, eyni zamanda mən bəyannamənin doldurulması ilə bağlı qanunun qəbulu/qüvəyə minməsinə görə sanksiya olunan ilk və sonuncu deputat olacağam!”, - deyə Mamuka Mdinaradze yazıb.
“Gürcü Arzusu” rus qanununu mayın 14-də üçüncü və son oxunuşda 30 əleyhinə 84 lehinə səslə qəbul edib. Prezident Salome Zurabişvili rus qanununa veto qoyacağını bildirib. Prezidentin bunun üçün mayın 28-dək iki həftə vaxtı var. “Gürcü arzusu” prezidentin vetosunu aşa bilər.
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Cim O`Brayen mayın 14-də Tbilisiyə rəsmi səfəri çərçivəsində keçirdiyi mətbuat konfransında bildirib ki, “əgər qanun Avropa İttifaqının normalarına uyğun gəlməsə, demokratiya sarsılsa və dinc etirazçılar zorakılıq tətbiq olunsa, o zaman ABŞ tərəfindən məhdudiyyətlərin şahidi olacağıq. Bunlar, bir qayda olaraq, bu hərəkətlərə görə məsuliyyət daşıyanlara və onların ailələrinə maliyyə və səyahət məhdudiyyətləridir”.