Fransa Milli Assambleyasının Xarici Əlaqələr Komitəsinin sədri Jan-Lui Burlanj

“Biz bunu gürcü xalqının Avropa istəklərinə və gələcəyinə qarşı düşməncəsinə hərəkət kimi qəbul edirik. Bu qanunun yenidən tətbiqi Gürcüstanın çətinliklə qazandığı Avropa perspektivinə və namizəd statusuna xələl gətirir”, - Bu barədə Çexiya, Danimarka, Estoniya, Fransa, Almaniya, İrlandiya, İtaliya, Latviya, Litva, Polşa, Norveç və Böyük Britaniya parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin birgə bəyanatında deyilir.

Onlar “Gürcü Arzusu”nu “xarici agentlər haqqında” Rusiya qanununu parlament müzakirələrindən geri götürməyə çağırırlar.

“Aprelin 3-də hakim "Gürcü Arzusu" partiyasının parlament çoxluğunun lideri faktiki olaraq Rusiyada xarici agentlər haqqında qanunun surəti olan "Xarici təsirin şəffaflığı" qanun layihəsinin yenidən təqdim olunduğunu elan edib.

Küçələrə çıxmış gürcü xalqının böyük təzyiqini və hədsiz səfərbərliyini nəzərə alaraq, hakim partiya 2023-cü ilin mayında bu cür qanunvericilik aktlarını parlament müzakirələrindən “qeyd-şərtsiz geri götürəcəyinə” söz vermişdi.

Biz bu Putinin Rusiya tipli qanununun məzmunundan çox narahatıq, hansı ki, Gürcüstanın aktiv Avropayönlü vətəndaş cəmiyyətini və qeyri-hökumət sektorunu ləkələmək və zəiflətmək üçün nəzərdə tutulub, bu cəmiyyət Gürcüstanın ən böyük sərvəti/xəzinəsi/cəvahiratı və ümidi kimi tanınır, büdcə və maliyyə şəffaflığı baxımından dünyada ən güclü reputasiyalardan birinə malikdir.

Vətəndaş cəmiyyəti təşkilatları və media azadlığı üçün əlverişli mühitin yaradılması və saxlanmasının demokratiyanın əsası olduğunu və Gürcüstanın Avrointeqrasiyasının uğuru üçün mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alsaq, bu qanunun yenidən tətbiqi Gürcüstanın çətinliklə qazandığı Avropa perspektivini və namizəd statusunu sarsıdır.

Biz bunu gürcü xalqının Avropa istəklərinə və onun gələcəyinə düşməncəsinə hərəkət kimi qəbul edir və bundan ciddi narahatlığımızı bildiririk.

Xatırladırıq ki, Gürcüstana Avropa İttifaqına namizəd statusu Avropa Komissiyasının üzvlük danışıqlarından əvvəl müəyyən etdiyi 12 tövsiyəni yerinə yetirməsi şərti ilə verilib və Gürcüstan bu tövsiyələrdən indiyədək yalnız 3-nü yerinə yetirib;

Onu da xatırladırıq ki, 9-cu tövsiyədə Gürcüstanı vətəndaş cəmiyyətinin azad fəaliyyətini təmin etmək çağırışı, 1-ci tövsiyədə isə Gürcüstanı Avropa İttifaqı və onun dəyərlərinə qarşı dezinformasiyaya qarşı mübarizə aparmağa çağırırıq.

Biz gürcü xalqının Avropa istəklərini dəstəkləməkdə davam etdiyimiz və Gürcüstanın demokratiya, qanunun aliliyi və insan haqlarının təşviqi ilə bağlı öhdəliyini yerinə yetirməsini gözlədiyimiz üçün hakim “Gürcü Arzusu” partiyasını həmin qanunu parlament müzakirələrindən geri çəkməyə çağırırıq.

Biz ürəkdən ümid edirik ki, Gürcüstan hökuməti bir daha öz yetkinliyini və Avropa və Avro-Atlantika institutlarına inteqrasiya əzmini nümayiş etdirəcək və Qərb liberal demokratiyasının dəyərlərini rəhbər tutacaq. Gürcü xalqının gələcəyi tərəzidədir”, - bəyanatda deyilir.

Gürcüstanın strateji tərəfdaşları rus qanununun qəbulu planını tənqid edirlər: 

  • ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin sözlərinə görə, bu qanun Gürcüstanı Avropa yolundan yayındıracaq və vətəndaşların həyatını yaxşılaşdıran vətəndaş cəmiyyəti təşkilatlarına zərər verəcək.
  • NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, “xarici agentlər” və ya “xarici təsir” haqqında qanun layihəsinin yenidən təşəbbüsü “əslində Gürcüstanda demokratik təsisatların gücləndirilməsi üçün edilən bütün səylərə ziddir”. Stoltenberq qorxur ki, “bu xarici agent ideyasını ortaya qoyan qanun” əslində həm beynəlxalq səviyyədə, həm də Gürcüstanda fəaliyyət göstərən bir çox KİV-ə təsir göstərəcək.
  • Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin mətbuat spikeri Peter Stano hakimiyyətə Avropa Komissiyasının 1-ci və 9-cu tövsiyələrini xatırladıb. Belə ki, Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara başlamaq üçün hakimiyyət ölkədə vətəndaş cəmiyyətinin sərbəst fəaliyyətini təmin etməli, Avropa İttifaqına və onun dəyərlərinə qarşı dezinformasiyaya qarşı mübarizə aparmalıdır.

“Gürcü Arzusu” 2023-cü ilin martında etirazlar və beynəlxalq təzyiqlər səbəbindən rədd etdiyi Rusiya qanununu parlamentin yaz sessiyası bitməmiş qəbul etmək istəyir. Partiyanın icraçı katibi Mamuka Mdinaradzenin qeyd edib ki, hətta ötən ildən daha böyük etiraz aksiyası olsa belə, qanun layihəsi geri çağırılmayacaq.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur