“Söhbətlər, çevrilişlər, basqınlar, hücumlar... o yana, bu yana istəsələr, öz ofislərində çevrilsinlər, parlament, dövlət qurumlarının binalarından əl çəksinlər”, - deyə Gürcüstanın Daxili İşlər Nazirliyi, Vaxtanq Qomelauri, hökumətyönlü televiziya kanalları tərəfindən yayımlanan səs yazıları ilə bağlı bildirib. Səs yazılarının heç birinin həqiqiliyi təsdiqlənməyib.

“Eşitdiklərimiz təəsüflənidiricidir. Bizim səlahiyyətimizdirsə, bu məsələ ilə bağlı araşdırmaya və ya cinayət əlamətləri varsa - istintaqa başlayacağıq. Həqiqiliyi müəyyən edilməlidir.

Bunun doğru olduğunu sübut şəklində birbaşa demək istəmirəm.

Eşitdiklərimiz dəhşətlidir. Onların nə etdiklərini canlı efirlərdə gördük, ona görə də dəqiq məlumatdır. Təəssüf ki, bu, ilk hal deyil”, - Vaxtanq Qomelauri bildirib.

Nazir dünən Daxili İşlər Nazirliyinin yaydığı və xarici ölkələrdə keçirilən aksiyaların dağıdılmasını əks etdirən videomateriala münasibət bildirib.

“Həmin gecə gənclər parlamentin qapılarına basqın edərkən, kameraları sındırdılar, yandırdılar və s. Bir dənə də olsun polis çıxmadı, toqquşma olmadı, bu uşaqlar xəsarət almadı, maksimal şəkildə nəzərə aldıq. Ertəsi gün səhər biz səfirlərin və digər ölkələrin nümayəndələrinin polisin qeyri-mütənasib güc tətbiq etməsi ilə bağlı açıqlamalarını gördük. Həqiqətən gülməlidir! Öz ölkələrində su şırnaqlarından yox, polis itlərindən, rezin güllələrdən istifadə olunduqda, mənim bunu qanuni saymağıma baxmayaraq, maksimum şəkildə bundan çəkindik. Bunun fonunda həddindən artıq güc tətbiq etdiyimizi danışmaq gülüncdür.

Su şırnaqları, qaz, gözyaşardıcı qaz, bibər qazı və ya rezin güllələr olsun, bizim ondan istifadə etmək üçün hər cür qanuni hüququmuz var.

Hamıya demək istəyirəm ki, o gənclərə, mənim övladımla həmyaşıd, bəlkə də ondan kiçik olan uşaqlara, mən bu gənclərə tapşırıq verən və nədənsə vəziyyət gərginləşdikdə yoxa çıxan, hər şey bitdikdə isə üzdə olan, böyük əzmlə rəy bildirən rəhbərlərinə və liderlərinə səslənirəm, mən bu uşaqların valideynlərinə səslənirəm, ölkəmizdə söz azadlığının qorunduğunu bilsinlər, aksiya keçirsinlər, lakin onlar xətti keçməməlidirlər. Biz bu uşaqların qayğısına qalmaq üçün əlimizdən gələni edirik. Biz gürcülər çox deyilik, çox azıq, bu da bizim gəncliyimizdir və əlimizdən gələni edirik ki, ehtiyatlı olaq, qanunla istifadə edə biləcəyimiz vasitələrdən istifadə etməyək. İnanın, son illər biz Daxili İşlər Nazirliyinin bütün imkanlarının 20%-dən belə istifadə etməmişik”, - Qomelauri bildirib.

3 aprel 2024-cü ildə “Gürcü Arzusu” bir il əvvəl minlərlə insanın iştirak etdiyi etiraz aksiyaları nəticəsində geri götürürdüyü "xarici agentlər" haqqında rus qanununu bir daha qəbul etməyəcəyinə söz verməsinə baxmayaraq, təkrardan irəli sürüb. Rus qanunu beynəlxalq fondların qrant dəstəyi ilə fəaliyyət göstərən və hökumət və ya əlaqəli qruplar tərəfindən idarə oluna bilməyən müstəqil media və qeyri-hökumət təşkilatlarının xarici agent kimi qeydiyyatdan keçməsini tələb edir. Aprelin 15-dən Tbilisidə rus qanununa qarşı kütləvi etirazlar keçirilir. Artıq “Gürcü Arzusu” qanun layihəsini iki oxunuşda qəbul edib. Məhkəmənin yekun iclası mayın 13-nə təyin edilib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur