Baş nazir İrakli Kobaxidzenin sözlərinə görə, “Gürcü Arzusu”nun təşkil etdiyi “xarici agentlər” rus qanununa dəstək aksiyasına etiraz aksiyalrdakindan beş dəfə çox insan çıxıb.

“Siyasi müxalifət öz tərəfdarlarını nəyəsə inandırıb küçələrə çıxarırsa, bu, tamamilə normal və sağlam bir hadisədir, lakin siyasi azlıq heç bir halda siyasi çoxluğu Gürcüstanın dövlət maraqlarını gücləndirməyə xidmət edən qərar qəbul etməyə və ya etməməyə məcbur edə bilməz. Bu qərarları siyasi çoxluq verir.

Rəqəmə gəlincə, hamınız gördünüz ki, bizim aksiyada müxalifətin aksiyasından təxminən 5 dəfə çox insan var idi.

Bu, məsələn, “Gürcü Arzusu” ilə kollektiv “Milli Hərəkat” arasında mövcud olan nisbətdir. Çoxluğun, digər siyasi azlığın təşkil etdiyi aksiyalarda cəmiyyət bu nisbəti gördü”, - deyə Kobaxidze bir daha ictimai rəy sorğusunun nəticələrinə istinad edərək bildirib ki, əhalinin 60 faizindən çoxu rus qanununu dəstəkləyir.

“Şəffaflığı 80 faizdən çox dəstəkləyir, əhalinin 60 faizindən çoxu isə, birbaşa bu qanunu dəstəkləyir. Belə bir məqamda bu insanların seçdiyi parlament siyasi azlığın, məncə, irrasional əhval-ruhiyyəsinə görə deyil, çoxluğun rasional iradəsinə uyğun hərəkət etməyə borcludur”, - deyə baş nazir bildirib.

“Gürcü Arzusu” rus qanununu mayın 14-də üçüncü və son oxunuşda 30 əleyhinə 84 lehinə səslə qəbul edib. Prezident Salome Zurabişvili rus qanunluna veto qoyacağını bildirib. Prezidentin bunun üçün mayın 28-dək iki həftəlik vaxtı var. “Gürcü Arzusu” prezidentin vetosunu aşa bilər.

Bir aydır ki, Tbilisidə rus qanununa qarşı davamlı çoxminlik nümayişlər keçirilir. Tələbələrin əksəriyyəti itaətsizlik elan edib. Auditoriyalara girməyib hər gün etiraz yürüşləri təşkil edirlər.

İrakli Kobaxidze dünən keçirilən mətbuat konfransında bildirib ki, Venesiya Komissiyasının qeydlərini mayın 28-dək təqdim etməsi vacibdir.

“Prosedur belədir, veto müddəti bitdikdən sonra prezidentin qanun layihəsi təqdim edilməlidir, ikinci alternativ isə - qəbul edilmiş qanun layihəsidir, üçüncü məsələ müzakirə oluna bilməz. Ona görə də Venesiya Komissiyası hər hansı məsələni təqdim etmək istəyirsə, indi təqdim etməlidir, ondan sonra hər kəsin bu məsələləri prezidentin vetosuna qoymaq imkanı olacaq və biz sağlam müzakirəyə hazırıq. Bu və ya digər qurumun Venesiya Komissiyasına qanun layihələri göndərdiyi və hətta bir həftə ərzində hesabat göndərdiyi halları xatırlayırıq. Bu qanunla bağlı rəyin təqdim olunmasına çox müddət lazım deyil, bir neçə vərəqdir və onlar bu rəyi bir neçə günə yaza bilərlər. Təqdim etsinlər, müzakirə edəcəyik. Odur ki, Venesiya Komissiyasının öz qeydlərini mayın 28-dək təqdim etməsi vacibdir, bundan sonra gec olacaq. Bu, onlardan asılıdır, təqdiml etsələr, baxacağıq, etməsələr, baxa bilməyəcəyik”, - Kobaxidze bildirib.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Teodoros Russopulosun sözlərinə görə, Venesiya Komissiyasının rəyi gələn həftənin əvvəlində dərc olunacaq.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur