Gürcüstan Prezidenti Salome Zurabişvili Müstəqillik günü ilə bağlı tədbirdə çıxışı zamanı hökumətin Rusiyaya qarşı siyasətini tənqid edib və deyib ki, bu gün gürcü cəmiyyəti təhqir olunur. Prezidentin sözlərinə görə, hökumət vətəndaşların ləyaqətini düşünmür və yeni nəslin Avropa gələcəyini məhv edir.

“Bayramımız və gözəl mənzərəmiz var. Mən istərdim ki, cəmiyyətimiz bu günü ruhən qeyd etsin. O, əmin olmalıdır ki, kim buna cavabdehdirsə, o, həqiqətən öz vətəndaşlarını qoruyur, ölkəni gücləndirir, sabah üçün azad, demokratik Gürcüstan qurur və bu məqsədə çatmaq üçün səylərini əsirgəmir.

Amma bu gün bu cəmiyyətdə də anlaşılmazlıq, təhqir qarışıq hisslər var. Hakimiyyətin öz vətəndaşının şərəf və ləyaqətini düşünməməsi anlaşılmaz və xalqımız üçün təhqiramizdir.

Polisimizə qeyri-mümkün tapşırığı təqdim edib onlara meydan oxumağımız anlaşılmaz və təhqiramizdir. Biz hamımız çox gözəl başa düşürük ki, əraziləri işğal olunmuş və ərazisində rus qoşunları olan ölkə sabitliyi xüsusilə qorumalıdır. Ona görə də hökumətin üzərinə düşür ki, belə bir vəziyyətin yaranmasına imkan verməsin ki, bu, şübhəsiz ki, eskalasiyaya gətirib çıxaracaq. Hökumətə öz xalqının səbrini sınamaq yox, prefensiya tapşırılıb. Hökumət ərazinin qorunmasına və sərhədin idarə olunmasına cavabdehdir. Ölkəyə kimin girib-çıxdığını bilməsi lazımdır.

İşğalçı ölkənin ən yüksək siyasi dairəsinin üzvlərinin ölkəyə əvvəlcədən xəbərdarlıq etmədən və təhlükəsizlik zəmanəti olmadan daxil olmasına inanmaq çətindir. Onlar daim sülhə və ehtiyatlı olmağa çağırdıqları halda, bu zaman hökumətdə heç kim eskalasiya təhlükəsini görmədimi? Ən azından Qavrilov nümunəsi heç olmasa, olmasın.

İşğal haqqında qanuna və tərəfdaşların tətbiq etdiyi sanksiyalara məhəl qoymamaq olmaz, çünki bu, bir tərəfdən ölkə daxilində etirazlara, digər tərəfdən isə ən yaxın və strateji tərəfdaşlarımızla narazılıqlara səbəb ola bilər.

Həm də öz ölkənin idarəçisi səni ksenofobiyada ittiham etməsi anlaşılmaz və təhqiramizdir. Tariximiz belə bir ittihamı xatırlamır. O ölkəyə qarşı ittiham ki, əsrlər boyu tolerantlıq və qonaqpərvərliklə ad çıxarıbdır. Bütün bunları təkcə keçmişlə isbat olunmur - gürcülərlə yəhudilərin 26 əsrlik birgə yaşayışı deyil, həm də bu gün sübut edir - işğalçı ölkədən 80 min mühaciri heç bir söz demədən qəbul etdik və bütün bu müddət ərzində heç bir ciddi insident yaşanmadı. Bu ittiham həm də ölkənin təhlükəsizliyi üçün təhlükəlidir, çünki hamımız bilirik və xatırlayırıq ki, Rusiya öz qonşularına hücumlarını rusdilliləri qorumaqla əsaslandırır”, - bildirib Zurabişvili.

Prezidentin deyir ki, müstəqillik öz vətəndaşlarının dövlət tərəfindən qorunması deməkdir.

“Dövlətçilik ölkənin qayda və qanunlarla idarə olunması deməkdir. Bu, ən əsas dövlət yanaşmasıdır. Odur ki, Rusiyadan kütləvi gəlişlər və onların fəaliyyəti, xüsusən səhiyyə və təhsil kimi sahələrdə, hətta daşınmaz əmlakın alınması və vergilərin ödənilməməsi ilə bağlı niyə heç bir tədbir və ədalətli qaydalar qəbul edilmədiyi aydın deyil.

Xarici siyasətimiz də anlaşılmazlaşıb, konstitusiyada Avropa yazılıb, gündəlik bəyanatlar, hərəkətlər bizi Avropadan uzaqlaşdırır, təcrid vəziyyətinə salır. Sual olunur ki, “Avropa bizim sivilizasiya seçimimizdir” sözləri harda itib.

Biz dost və tərəfdaş ölkələrimizi danlayır, lənətləyirik. 30 ildir bizə yardım edən ölkələr dövlətin qurulmasında, formalaşdırılmasında köməklik ediblər. Bunun əvəzinə biz hələ də ərazimizi işğal altında saxlayanları qoruyuruq və diqqət edirik”, - Zurabişvili bildirib.

Prezidentin sözlərinə görə, cəmiyyətdə müharibə qorxusunu qızışdırmaq və onunla manipulyasiya etmək uğurlu idarəetmə formuluna çevrilə bilməz.

Salome Zurabişvili Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşların bərpasına və hökumətin bu məsələyə münasibətinə növbəti dəfə münasibət bildirb. O, Gürcüstanın milli qəhrəmanı Qiorqi Andzuxelidze və Qiqa Otozoriyanın ailələrindən üzr istəyib. Mayın 19-da Abxaziyanın işğal xətti yaxınlığında Qiqa Oxtozoriyanın öldürülməsinin 7-ci ildönümündə ilk Moskva-Tbilisi reysi həyata keçirilib.

Bu gün uçuş hədiyyəsinin bizə neçə milyonlar gətirəcəyini hesablamağımız anlaşılmaz və təhqiramizdir. Ləyaqətimiz 200, ya 300 milyona satılır?! İndi isə mən bu tribunadan Qiorqi Andzuxelidze və Qiqa Oxtozoriyanın ailələrinə müraciət etmək istərdim, mən bu ölkənin ali baş komandanı kimi təhqirə görə üzr istəyirəm, bu, təkcə sizə təhqir deyil, həm də bütün ölkəyə.

Başa düşülən deyil ki, hər şeydə, ikinci cəbhə açmağa cəhd edən, gürcülüyü almaqda, pozğunluğu yaymaqda Avropanı, Amerikanı günahlandırırsınız, amma ki, uşaqlarınızı Avropaya, Amerikaya buraxırsınız, Gürcüstanda isə yeni nəslin Avropa gələcəyini məhv edirsiniz”, - qeyd edib Zurabişvili.

Onun sözlərinə görə, Gürcüstan tarixinə malik bir xalqın Rusiyanın siyasətinin kiminsə yaxşı və ya pis davranışından, hər hansı bəyanatından asılı ola biləcəyinə inanması mümkün deyil.

“Rusiya müharibəyə başlayanda Ukraynadan nə asılı idi?! Kim düşünürsə ki, Rusiya bizim güzəştlər müqabilində əraziləri bizə qaytaracaq, tariximizdən heç nə öyrənməyib. Yaxud biz necə inanaq ki, işğalçı həmvətənlərimizin rifahının qayğısına qala bilər? Abxaziyada, Sxinvalidə olan vətəndaşlarımız kimin zülm etdiyini, kimin qaçırdığını unudurlarmı?

Biz bu gün Ukraynanı kimin işğal etməyə cəhd etdiyini açıq-aydın görə bilirik və onu da görürük ki, dünya dəyişir, Rusiyanın məğlubedilməzliyi mifi darmadağın edilib və sabahın geosiyasi məkanında daha işğal olunmuş ərazilər olmamalıdır. Bu gün mayın 26-dır və mən ukraynalı dostlarımıza qələbə və ölkənin birliyini arzulamaq istəyirəm”, - Salome Zurabişvili bildirib.

Gürcüstan prezidentinin sözlərinə görə, cəmiyyət öz övladlarının gələcəyindən və Avropa seçimindən əl çəkməyəcək:

“Demokratiyanın birinci qaydası odur ki, xalq səni bu işi edəsən deyə seçib. Bütün hökumətlər gürcü xalqına bu bu sözü verirdilər. İndiki hakimiyyət də gürcü xalqına bu vədi verdi və üstəlik, konstitusiya ilə Avropaya inteqrasiya yolunu gücləndirdi. Bu gün gürcü xalqı hələ də bu yolda olanda və öz iradəsinin icrasını tələb edəndə hakimiyyət hanı?

Hökumət üçün verdiyi sözdən, elan etdiyi məqsəddən dönmək, xalqa verdiyi vədi yerinə yetirmək üçün vaxt səbr etmir. Qalan müddətdə hakimiyyət nə edə biləcəyini düşünməlidir, ona görə yox ki, kimsə bizə bunu diktə edir, ona görə ki, bu, ölkəni sülhə aparan yoldur və alternativi yoxdur.

Bu gün qətiyyən cəmiyyət üçün ümidsizliyin vaxtı deyil. Gürcüstan cəmiyyəti heç vaxt milli maraqları və namusları qorumaq üçün geri çəkilməyib və bunu yaxın tarix göstərib. İndi əsas odur ki, bu qaçılmaz dəyişiklikləri hamımız birlikdə görüb dərk edək, özümüzə inanaq və heç kimin yolumuza çıxmasına imkan verməyək.

Mayın 31-də mən məhz bu Avropa gələcəyi üçün Brüsselə gələcəyəm. Avropa gələcəyimizi qorumaq üçün sizinlə sona qədər mübarizə aparacağam. Avropa gürcü xalqının səsini, 26 May ruhuna sadiq olan, müxtəlif fikirlərə baxmayaraq, bir ideya ətrafında birləşən insanların səsini eşidəcək - müstəqilliyimiz və sabahımızın Avropa olmasını. Müstəqillik gününüz mübarək, 26 Mayınız mübarək! Tanrı gürcüstanı qorusun!”.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur