Biz bunu deməmişik – Xarici işlər nazirləri Papuaşvilinin bəyanatını təkzib edirlər

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Latviya, Litva və Estoniyanın xarici işlər nazirləri Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin bəyanatını təkzib edirlər: görüşdə guya razılaşdılar ki, hakim partiya avropalı həmkarlarını dinləməməkdə, Rusiyaya qarşı sanksiyalar tətbiq etməməkdə, Mixeil Saakaşvilini azad etməməkdə düzgün addım atıbmış.

Onların Gürcüstana gəlişində məqsəd “şəffaflıq” qanunu ilə bağlıdır. Onların qanunla bağlı bəzi narahatlıqları var idi. Biz qanunun əsaslarınının nə olmasından danışdıq. Əsaslardan biri Avropa İttifaqının və onların öz vergi ödəyicilərinin vəsaitlərinin qismən Gürcüstanda qeyri-şəffaf şəkildə xərclənməsidir; Gürcüstanda xərclənməli olduğu məqsədlər üçün qismən xərclənmir. Yeri gəlmişkən, biz Avropa İttifaqının müxtəlif nümayəndələrindən razılıq almışıq və onlar bizim fikrimizlə razılaşırlar ki, həqiqətən də şəffaflıq problemi var, ona görə də bu barədə həmkarlarımıza məlumat verdik. Biz onlara bildirdik ki, Gürcüstanda vətəndaşların pulları qismən qeyri-şəffaf şəkildə xərcləndiyi üçün bu çağırışları və problemləri aradan qaldırmaq ilk növbədə onların əlindədir.

Bu gün biz danışıqlar apararkən hamımız razılaşdıq ki, avropalı həmkarlarımızın məsləhətləri ilə[Rusiyaya] sanksiyalar tətbiq etməyərək və Saakaşvilini azad etməyərək onlara qulaq asmamaqla düzgün iş görmüşük. 

Şalva Papuaşvili

Biz haqlıyıq, onlar isə səhv ediblər. Onlara dedik ki, burada da belə çıxır ki, siz buna belə ağ-qara baxırsınız, ya tövsiyələrinizi nəzərə alacağıq və ya belə olacaq, sığortası nədir ki, əvvəlki işlərdə səhv etdiyiniz kimi bunda da yanılmayasınız? Bu, bizim çağırışımızdır və bugünkü görüşümüz belə əhval-ruhiyyədə idi ki, əsas odur ki, münasibətlər qarşılıqlı hörmətə əsaslansın və onlar bizim narahatlığımızı başa düşsünlər”, - Papuaşvili bildirib.

Bu gün Gürcüstan parlamentinin sədri İslandiyanın xarici işlər naziri Tordis Kolbrunn Reykford Gilfadottir, Latviyanın xarici işlər naziri Bayba Braje, Litvanın xarici işlər naziri Qabrielius Landsberqis və Estoniyanın xarici işlər naziri Marqus Tsaxna ilə görüşüb.

“Biz bunu deməmişik və belə bir şeylə razılaşmırıq. Mən onun nə dediyini bilmirəm. Onun dediklərini mühakimə etmək mənim işim deyil, amma biz razılaşmırıq ki, “Gürcü Arzusu” Saakaşvili, yaxud sanksiyalar və ya buna bənzər bir şeylə bağlı haqlıdır. Xüsusilə də bu qanunla bağlı.  Aydındır ki, Gürcüstanın yaxın dostu varsa, bu, ilk növbədə Baltikyanı ölkələrdir”, - Latviyanın xarici işlər naziri izahat verib.

Litva və Estoniyanın xarici işlər nazirləri sosial şəbəkələrdə Şalva Papuaşvilinin bəyanatına münasibət bildiriblər.

“Gürcüstan parlamentinin sədri ilə görüşlə bağlı çaşqınlığa cavab olaraq, hesab edirəm ki, aydınlıq gətirmək lazımdır:

Biz razılaşmırıq ki, Gürcüstan Avropanın məsləhət və dəyərlərinə məhəl qoymamaqda haqlı idi. Biz “bəzi narahatlıqlar” deyil, son dərəcə sərt fikirlər söyləmişik”

Litvanın xarici işlər naziri Qabrielius Landsbergis X-də yazıb.

“İcazə verin, izah edim ki, biz bunların heç birində razılığa gəlməmişik. Mənim mesajım bunun əksidir: Gürcüstan düzgün istiqamətdə getmir”, - Estoniyanın xarici işlər naziri Maqnus Tsahkna yazır.

Şalva Papuaşvili Bundestaqın Xarici Əlaqələr Komitəsinin sədri Maykl Rotu yüngül siyasətçi adlandırıb.

“Almaniyanın Gürcüstana olan 30 illik yardımını bu cür yüngül siyasətçilər bir zərbə ilə suya atırlar. Məhz belə səliqəsiz siyasətçilər ki, selfi çəkdirməkdən ötrü cəmiyyəti mübahisələrə, nizamsızlığa qurban verə bilirlər. Belə siyasətçilər bizim Avropa ilə eyniləşdirmək istəmədiyimiz siyasətçilərdir”, - Papuaşvili bildirib.

“Gürcü Arzusu” rus qanununu mayın 14-də üçüncü və son oxunuşda 30 əleyhinə 84 lehinə səslə qəbul edib. Prezident Salome Zurabişvili rus qanunluna veto qoyacağını bildirib. Prezidentin bunun üçün mayın 28-dək iki həftəlik vaxtı var. “Gürcü Arzusu” prezidentin vetosunu aşa bilər.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur