Bəstəkar Vaja Azaraşvili vəfat edib

Gürcü musiqiçi, bəstəkar və pedaqoq Vaja Azaraşvili 87 yaşında vəfat edib.

Vaja Azaraşvili 1936-cı il iyulun 13-də Tbilisidə anadan olub. 1961-ci ildə Vano Saracişvili adına Tbilisi Dövlət Konservatoriyasını bitirib. Həmin ildən pedaqoji fəaliyyətlə məşğul olub, Saracişvili adına Tbilisi Dövlət Konservatoriyasında müəllim və professor kimi çalışıb. 1994-cü ildə Gürcüstan Dövlət Filarmoniyasının bədii rəhbəri olub.

Vaja Azaraşvili simfonik və estrada əsərləri, tamaşalar və televiziya filmləri üçün musiqilər yazıb.

O, bir sıra tanınmış mahnıların, o cümlədən Tbilisinin “Dinamo” futbol klubunun - “Dinamo, Dinamo” himninin müəllifidir.

“Futbola fanatik sevgim var idi. Deyəsən mənə bunu bu sevgi yazdırdı. Bizmkilər Moskvada İrəvanın “Ararat”ını 3:0 hesabı ilə qalib gəldikdə, məni yatmağa nə məcbur edərdi. Bax onda mən melodiya yazdım, Moris Porxişvili – şeir, sonra isə “İveriya” onu lentə aldı”, – Vaja Azaraşvili bir neçə ay əvvəl müsahibəsində demişdi.

Bəstəkar müxtəlif vaxtlarda əməkdar incəsənət xadimi, Gürcüstanın xalq artisti və Tbilisinin fəxri vətəndaşı adlarına layiq görülüb. O, Fəxri Fərman Ordeninə layiq görülmüşdü.

გელა მთივლიშვილი
გელა მთივლიშვილი
„საქართველოს ამბების“ რედაქტორი. პროფესიით იურისტია. აშუქებს ადამიანის უფლებებთან, ეთნიკურ უმცირესობებთან, კონფლიქტის ზონებთან და ტერორიზმთან დაკავშირებულ თემებს. E-mail: Mtivlishvili@gmail.com