Mayın 8-də Brüsseldə Avropa İttifaqına üzv ölkələrin səfirləri Gürcüstan məsələsini bir daha müzakirə ediblər və “agentlər haqqında” rus qanunu qəbul edilərsə, Gürcüstana qarşı tətbiq edilə biləcək potensial tədbirləri də nəzərdən keçiriblər. Azadlıq Radiosunun Avropa Bürosunun redaktoru Rikard Yozviakın sözlərinə görə, vizasız rejimin dayandırılması istisna deyil.

“Avropa İttifaqının səfirləri dünən, Gürcüstan, o cümlədən “xarici agentlər” haqqında qanunun qəbulu ilə bağlı potensial tədbirlər barədə bir daha müzakirə aparıblar. Vizasız rejimin dayandırılması istisna edilmir. Bütün variantlar nəzərdən keçirilir”, - İozviak “X” sosial şəbəkəsində yazıb.

Jurnalistin sözlərinə görə, Avropa İttifaqına üzv olan 26 ölkə Gürcüstandakı mövcud vəziyyətdən narahatlığını bildirib, yalnız 27-ci üzv - Macarıstan susub.

“Ola bilsin ki, tezliklə Aİ bəyanat versin və Komissiya “xarici agentlər” haqqında qanunun Aİ-yə qoşulma meyarları ilə necə əlaqəsi olması ilə bağlı yenilənmiş məlumatı açıqlaya”, - Rikard Yozviak qeyd edir.

Bundan əlavə, o, Aİ səfirlərinin Gürcüstana qeyri-öldürücü hərbi yardım satın almaq üçün 30 milyon avro ayırmağa “yaşıl işıq yandırdığını” bildirir.

Aprelin 25-də Avropa Parlamenti Avropa Komissiyasını rus qanununun Gürcüstanın vizasız rejim meyarlarını, yəni viza liberallaşdırılması siyasətinin həlledici komponenti olan fundamental hüquqları yerinə yetirməsinə təsirini dərhal qiymətləndirməyə çağıran qətnamə qəbul edib. Qətnamə məcburi deyil. Həmin vaxt,

Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili bildirib ki, konkret qətnamə və “ölkəmizin Avropa gələcəyi ilə maraqlanmayan” bir qrup “məsuliyyətsiz” siyasətçidən başqa heç kim “vizasız gediş-gəlişin dayandırılmasından danışmır”. Viza rejiminin liberallaşdırılması qeydi baş nazir İrakli Kobaxidze də qiymətləndirib və deyib ki, “bunun heç bir dəyri yoxdur”.

Avropa Parlamenti 2017-ci ilin fevralın 2-də Gürcüstan vətəndaşları üçün vizasız rejimin tətbiqinə dəstək verib. Qərar həmin il martın 28-də qüvvəyə minib.

3 aprel 2024-cü ildə “Gürcü Arzusu” bir il əvvəl minlərlə insanın iştirak etdiyi etiraz aksiyaları nəticəsində geri götürdüyü "xarici agentlər" haqqında rus qanununu bir daha qəbul etməyəcəyinə söz verməsinə baxmayaraq, təkrardan irəli sürüb. Rus qanunu beynəlxalq fondların qrant dəstəyi ilə fəaliyyət göstərən və hökumət və ya əlaqəli qruplar tərəfindən idarə oluna bilməyən müstəqil media və qeyri-hökumət təşkilatlarının xarici agent kimi qeydiyyatdan keçməsini tələb edir. Aprelin 15-dən Tbilisidə rus qanununa qarşı kütləvi etiraz aksiyaları keçirilir. Artıq “Gürcü Arzusu” qanun layihəsini iki oxunuşda qəbul edib. Yekun oxunuş mayın 13-ü həftəsinə təyin edilib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur