Almaniya hökumətinin qrantı ilə Dzevera kəndində qaçqınlar üçün 14 ev tikilib

Almaniya hökumətinin ayırdığı qrant çərçivəsində Qori bələdiyyəsinin Dzevera kəndində qaçqın ailələri üçün müasir standartlara cavab verən 14 ev tikilib.

Qaçqınların, Emiqrantların və Yaşayış Mənbələri Təminatı Qurumundan verilən məlumata görə, yaxın vaxtlarda ümumi sahəsi 80 kvadratmetrə qədər olan tam təmirli evlər qaçqın ailələrinə təhvil veriləcək.

“Hazırkı mərhələdə su sisteminin quraşdırılması aktiv mərhələdədir. Ətrafın abadlaşdırılması və yolun abadlaşdırılması da nəzərdə tutulub”, - deyə qurumdan bildirilib.

Dzevera kəndində məskunlaşmaq istəyən qaçqın ailələrinin ərizələrinin qəbulu artıq başa çatıb. Qaçqınlar Qurumundan bildirilib ki, yeni tikilən evlər meyarlara uyğun bölünəcək.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur