İşğal olunmuş Abxaziyanın de-fakto prezidenti Aslan Bjaniya qondarma daxili işlər naziri Valter Butbanı vəzifəsindən azad edib, onun yerinə isə buna qədər “Dövlət Təhlükəsizlik Xidməti”nin rəhbəri olmuş Robert Kyutini təyin edib.
Əsas xəbərlər
Oxucunun seçimi
- 1 Rus qanununu vasitəsilə fiziki şəxsləri də cərimələmək mümkün olacaq
- 2 Bidzina İvanişvilinin anti-qərb mesajları
- 3 Parlament rus qanununu üçüncü oxunuşda 84 səslə qəbul edib | Qanunu dəstəkləyənlərin siyahısı
- 4 Bu qanunu gözəlləşdirəcəyimə ümidiniz olmasın, bu qanun rus tiplidir və belə də qalacaq
- 5 Avropa Parlamenti “Gürcü Arzusu”nun rus qanunu əleyhinə qətnamə qəbul edib
- 6 Qanun dəyişdirilməsə, məsul şəxslərə və onların ailələrinə qarşı məhdudiyyətlər tətbiq olunacaq - O’Brayen
Bjaniyanın Daxili İşlər Nazirliyinin əməkdaşlarına dediyi kimi, o, ümid edir ki, yeni nazirin səlahiyyətlərini həyata keçirməsi “ağrısız” olacaq və o, “kəskin addımlar” atmayacaq.
“Müəyyən istiqamətlərdə yaxşı nəticələrimiz olsa da, ölkədə mövcud vəziyyət sadə deyil. Cəmiyyət tələb edir ki, ümumiyyətlə, güc strukturlarında, xüsusən də Daxili İşlər Nazirliyində iş daha fəal olsun. Biz Daxili İşlər Nazirliyinin hələ də üzləşdiyi problemləri başa düşürük. Biz başa düşürük ki, hökumətin daha çox dəstəyi lazımdır.
Biz rusiyalı həmkarlarımızın yanında əlavə dəstək məsələsini qaldıracağıq, ölkə daxilində müəyyən imkanlar axtaracağıq ki, Daxili İşlər Nazirliyinin əməkdaşları öz vəzifələrini layiqincə yerinə yetirsinlər və dövlət tərəfindən qorunsunlar”, - Bjaniya bildirib.
43 yaşlı Robert Kyuti Oçamçıre rayonunun Kindği kəndindəndir. 2003-cü ildən bəri o, qondarma Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı olub və 2021-ci ildə Aslan Bjaniya onu xidmətin rəhbəri təyin edib. O, Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən mükafatlandırılb, o cümlədən əks-kəşfiyyatda uğurlarına görə.
Valter Butba 2021-ci ilin dekabrından de-fakto Daxili İşlər Naziri səlahiyyətlərini icra edib. Onun işdən çıxarılmasına nəyin səbəb olduğu məlum deyil.