“Qərb tərəfdaşlarınızın və dostlarınızın ciddi narahatlıqlarını söylədikləri, lakin işğalçının təqdir etdiyii qanun layihəniz varsa, bu ölkəniz üçün faydalıdır ya yox, bu sual olunmalıdır” - ABŞ-ın Gürcüstandakı səfiri Robin Daniqan bildirib.

Səfir “Gürcü Arzusu”u tərəfindən yenidən irəli sürülən “xarici agentlər haqqında” qanun layihəsinə şərh edib və onun ABŞ-da qüvvədə olan Xarici Agentlərin Qeydiyyatı Aktından (FARA) çox fərqli olduğunu qeyd edib.

“Bir daha qeyd etmək istəyirəm ki, bu qanun layihəsi Amerika qanunvericiliyinin oxşarı deyil. ABŞ vətəndaş cəmiyyəti təşkilatlarımızın rolunu və ölkəmizə necə kömək etdiyini təqdir edir. Ölkəmiz xüsusi olaraq tələb edir ki, xarici dövlət hökümətinin və onların maraqlarının lobbiçilik fəaliyyətinə görə pul ödənilən təşkilat və şəxslər qeydiyyatdan keçsin. Bu, çox fərqli qanundur”, - Daniqan bildirib.

Onun sözlərinə görə, ABŞ hökumətlə həm ictimai, həm də şəxsi danışıqlarda qanun layihəsi ilə bağlı ciddi narahatlığını ifadə edib. Xüsusilə, ABŞ qanun layihəsinin Gürcüstanı Avropa yolundan döndərəcəyindən və yerli vətəndaş cəmiyyətlərinin gürcü xalqına gündəlik yardım etmək üçün öz işlərini görməsinə mənfi təsir göstərəcəyindən narahatdır. Səfir qeyd edib ki, bu narahatlıq ABŞ-la məhdudlaşmır:

“Avropa İttifaqı, NATO, Avropa Şurası, Avropa Parlamenti, bir çox Avropa ölkələri və Avropa parlamenti deputatları, Birləşmiş Millətlər Təşkilatı da bu qanun layihəsi ilə bağlı ciddi narahatlığını bildirib. Onlar bu qanun layihəsinin Gürcüstanın Aİ-yə üzvlük yoluna mənfi təsir göstərəcəyindən narahat olduqlarını bildiriblər”.

Robin Daniqanın sözlərinə görə, ABŞ Gürcüstanın, onun xalqının və hökumətinin yanındadır və Gürcüstanın Avropa yolunu dəstəkləyir. O, son 30 ildə Gürcüstan hökuməti və vətəndaş təşkilatları ilə birlikdə həyata keçirilən 6 milyard dollarlıq yardımdan da danışıb.

“Bizim köməyimiz Gürcüstanın müdafiə qüvvələrini gücləndirdi, Gürcüstanın sahil mühafizəsini təchiz etdi ki, Gürcüstan öz suveren ərazisini müdafiə edə bilsin və həmçinin gələcək təcavüzün qarşısını alsın. Bizim köməyimizlə xəstəxanalar, məktəblər tikildi, həkimlər, müəllimlər, təcili yardım işçiləri yetişdirildi. Bizim köməyimizlə bütün ölkədə məhdud fiziki imkanlı şəxsləərin müstəqil yaşamasına kömək etmək üçün müstəqil yaşayış mərkəzləri tikildi. Yardımımız kiçik fermerlərə və kiçik sahibkarlara kreditlər verdi. Gənclərə peşəkar təhsil verdik. İngilis dilinin pulsuz öyrədildiyi Amerika mərkəzləri açmışıq və kitablarla təmin edirik. Biz minlərlə gürcüyə ABŞ-ın təhsil proqramlarında təhsil almaq imkanı verdik. Dostlar belə edir. Dostlar ölkənin iqtisadi rifahının və müdafiəsinin güclənməsinə və artırılmasına kömək edir”, - səfir bildirib.

“Gürcü Arzusu” bir il əvvəl genişmiqyaslı ictimai etirazlar nəticəsində ləğv etdiyi “Xarici agentlər haqqında” qanun layihəsini “qeyd-şərtsiz” parlamentdən geri götürədüyü barədə söz verdikdən sonra, onu təkrardan  geri qaytarıb. Qanun layihəsinin mətni olduğu kimi qalıb – yalnız “xarici təsir agenti” “xarici dövlətin maraqlarını daşıyan təşkilat” ifadəsi ilə əvəz edilib. Hakim partiya Gürcüstanın Avropaya inteqrasiya prosesinə xələl gətirə bilmə ehtimalı olsa da, rus qanununu yaz sessiyasının sonuna kimi qəbul etmək niyyətindədir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur