Siyasi partiyalar - “Axali”, “Qirçi Daha Çox Azadlıq”, “Droa”, “Vahid Milli Hərəkat”, “Lelo” və “Strategiya Ağmaşenenebeli” rus qanununun ikinci oxunuşunun keçiriləcəyi gün üçün tam səfərbərlik elan edirlər.
Əsas xəbərlər
Oxucunun seçimi
- 1 Bidzina İvanişvilinin anti-qərb mesajları
- 2 Rus qanununu vasitəsilə fiziki şəxsləri də cərimələmək mümkün olacaq
- 3 Bu qanunu gözəlləşdirəcəyimə ümidiniz olmasın, bu qanun rus tiplidir və belə də qalacaq
- 4 Parlament rus qanununu üçüncü oxunuşda 84 səslə qəbul edib | Qanunu dəstəkləyənlərin siyahısı
- 5 Avropa Parlamenti “Gürcü Arzusu”nun rus qanunu əleyhinə qətnamə qəbul edib
- 6 “Gürcü Arzusu” aprelin 29-da rus qanununa dəstək aksiyası keçirəcək
Tərəflər bu gün birgə bəyanat yayaraq, “Gürcü Arzusu”nun təşəbbüsü ilə irəli sürülmüş rus qanununun Gürcüstan konstitusiyasına, gürcü xalqının iradəsinə - Gürcüstanın Avropa İttifaqı və NATO-ya tamhüquqlu üzv olması və ölkənin suverenliyini təmin etməsinin uzunmüddətli məqsədinə zidd olduğunu bildiriblər.
“Qorxmuş rus oliqarxı Bidzina İvanişvili aqressiv parlament qrupundan və zorakı polis bölməsindən istifadə edərək həmrəy, güclü və vahid gürcü cəmiyyətinin qarşısına çıxan Gürcüstanın Avropa gələcəyini öldürməyə çalışır.
“Gürcü Arzusu” rus qanununu birinci oxunuşda qəbul etsə də, əsas mübarizə hələ qabaqdadır. Biz, Gürcüstanın demokratik, qərbyönlü siyasi partiyaları, bu mübarizədə birgə səylərin vacibliyini başa düşürük və xalqımızla birgə ölkənin Avropa gələcəyinin xilası istiqamətində hər şeyi etmək üçün qanunun ikinci oxunuş gününə qədər tam koordinasiya və səfərbərlik bəyan edirik.
Gürcüstan xalqı ölkəmizin Avropa və Avro-Atlantik gələcəyinin əsas təminatçısı olub, olur və olacaq və bu seçimə qarşı istənilən cəhd qaçılmaz iflasa məhkumdur. Avropaya hə! Rus qanuna yox! Rus hökumətinə yox!”, - bəyanatda oxuyuruq.
Minlərlə nümayişçinin etirazına və beynəlxalq tərəfdaşların tənqidinə baxmayaraq, “Gürcü Arzusu” müstəqil media və vətəndaş cəmiyyətini məhdudlaşdıran qanun layihəsini aprelin 17-də birinci oxunuşda qəbul edib. Prosedura görə, ona gələn həftə Hüquq Komitəsində yenidən baxılmalı, sonra ikinci oxunuş və səsvermə üçün plenar iclasa çıxarılmalıdır. Layihənin qanuna çevrilməsi üçün parlament onu üç oxunuşda qəbul etməlidir.
Avropa İttifaqı Gürcüstan hakimiyyətini Gürcüstanın Avropa İttifaqına gedən yoluna təhlükə yarada biləcək qanunları qəbul etməkdən çəkinməyə çağırır.