Həbsdə olan Dövlət Təhlükəsizliyi Xidməti rəisinin keçmiş birinci müavini İoseb Qoqaşvili bildirir ki, azərbaycanlı jurnalist Əfqan Muxtarlı Bidzina İvanişvilinin göstərişi ilə oğurlanıb və onun oğurlanması ilə bağlı kadrlar Gürcüstan Təhlükəsizlik Xidmətinin Əməliyyat texniki şöbəsii xidməti  tərəfindən silinib.

2015-ci ildən Gürcüstanda yaşayan Əfqan Muxtarlı 2017-ci il mayın 29-da Tbilisinin mərkəzindən yoxa çıxıb, ertəsi gün isə Azərbaycanda polis kamerasında tapılıdı.  Azərbaycanda Muxtarlı sərhədi qanunsuz keçmək, külli miqdarda xarici valyuta keçirmək və polisə tabe olmamaqda ittiham olunurdu. O, 6 il müddətinə azadlıqdan məhrum edildi.

2018-ci ilin fevralında həbsdə olan Muxtarlı Azərbaycan prezidenti ilə Gürcüstanın keçmiş baş naziri, iş adamı Bidzina İvanişvili arasında ortaq qurbanı olduğunu bildirib. Jurnalistin sözlərinə görə, o, İlham Əliyevin Gürcüstandakı biznesini araşdırırdı və bu səbəbdən onu Tbilisidən oğurlayaraq Azərbaycan hakimiyyətinə təhvil veridilər.

Gürcüstan hakimiyyəti jurnalistin hüquq-mühafizə orqanlarının onun işi ilə əlaqəsi barədə ittihamlarını rədd edib. 2020-ci ilin martında Azərbaycan hakimiyyəti Muxtarlını həbsdən azad edib. Muxtarlı 2019-cu ildən həyat yoldaşı və oğlunun yaşadığı Almaniyaya gedib. Almaniya Muxtarlının ailəsini siyasi sığınacaqla təmin  edib.

Gürcüstan Daxili İşlər Nazirliyi Əfqan Muxtarlının işi üzrə Cinayət Məcəlləsinin 143-cü maddəsinin 1-ci hissəsi, yəni qanunsuz azadlıqdan məhrum etmə ilə bağlı istintaqa başlayıb. Bugünədək bu işlə bağlı təqsirləndirilən və cinayət  işi açılan heç kəs olmayıb.

Əfqan Muxtarlının işi ilə bağlı  Avropa İnsan Haqları Məhkəməsinə şikayət təqdim olunub.

Qoqaşvilinin bu bəyanatından sonra Əfqan Muxtarlının vəkili Arçil Çofikaşvili Baş prokurora vəsatətlə çıxış edərək işin ətraflı araşdırılmasını, şahidin (İoseb Qoqaşvili) müdafiəsini, həmçinin Qoqaşvilinin və onun adlarını çəkdiyi şəxslərin dindirilməsini tələb edib. Muxtarlı işi ilə bağlı olanlar. Prokurorluq Muxtarlı işi ilə bağlı Soso Qoqaşvilini hələ də dindirməyib.

2015-2018-ci illərdə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti rəhbərinin birinci müavini vəzifəsini tutan İoseb Qoqaşvili 2022-ci il iyulun 16-da həbs edilib. Prokurorluq Qoqaşvilini keçmişdə öz rəsmi vəzifələrindən və əlaqələrindən sui istifadə edərək konkret vətəndaşların şəxsi məlumatlarını əldə edib açıqlamaqda və bununla da qeyd olunan məlumatların ictimaiyyətə yayılmasına imkan yaratmaqda ittiham edir.

Onun barəsində həbs-qətimkan tədbiri seçilib. Təqsirli bilinəcəyi  halda, Qoqaşvilini 4 ildən 7 ilə qədər həbs gözləyir.

 

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur